Gözləyin...

“Bank Respublika” mikrokreditlər üzrə portfelini 2 dəfə böyüdüb

Bank xəbərləri 20 June 2022

“Bank Respublika” ASC 2021-ci ildə mikrokreditlər portfelini iki dəfə böyüdüb.

Bu barədə Banker.az bankın audit hesabatına istinadən xəbər verir.

Bankın audit hesabatındakı rəydə qeyd edilib ki, onun mikro kreditlər üzrə portfeli 206.96 milyon manat olub. Bu da öncəki ildə 102.53 mln. manat olduğunu nəzərə alsaq iki dəfədən çox artım deməkdir.

Kommersiya bankı kiçik və orta sahibkarlığa verdiyi kredit portfelini isə 36% artırmaqla 327.38 mln. manata çatdırıb.