Gözləyin...

“Bank Respublika” müştərilərə yeni “NeoKart Visa” kartını təqdim etdi

Bank məhsulları 14 December 2022

®Ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ASC Yeni il ərəfəsində müştərilərini maraqlı və sərfəli kampaniyalarla sevindirməyə davam edir.

Yarandığı ilk gündən müştərilərinə böyük həcmdə keşbek, üçüş milləri, mobil internet və danışıq dəqiqələri qazandıran Neo, müştərilərinə yeni bir seçim yaradıb – “NeoKart Visa”! Belə ki, artıq müştərilər bir çox üstünlüklərə malik “NeoKart” kartını Visa ödəniş sistemi bazasında əldə edə biləcəklər.

Bundan başqa, 2023-cü ilin fevralın 15-nə qədər davam edəcək yeni kampaniya çərçivəsində “NeoKart Visa” kartını əldə edən müştərilər 2 qat “Xoş Gəldin” bonusu, eləcə də ödənişlərini “NeoKart Visa” ilə etdikdə 2 qat “NeoBonus”lar qazanacaq!

Yeni kartda rəqəmsal ödənişlər üzrə dünya lideri olan “Visa” ödəniş sisteminin bütün üstünlükləri və “Bank Respublika”nın xidmətlərinin rahatlığı var. “NeoKart” sahibləri dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə ödəniş etdikdə, həmçinin onlayn alış-veriş zamanı “Bank Respublika”dan “NeoBonus”lar qazanacaq. Daha sonra Bankın “Mobil Şöbə” əlavəsi vasitəsilə “NeoBonus”ları “cash back”, uçuş milləri, mobil internet və danışıq dəqiqələrinə dəyişə biləcəklər. Bir çox özəllikləri özündə birləşdirən “NeoKart” həmçinin, müştərilərə kart hesabındakı qalığa görə illik 5%-ə qədər əlavə faiz gəliri gətirəcək!

“NeoKart” debet kartı 3 valyutada (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Kartın iki növü var: “NeoKart Standard” və “NeoKart Premium”. Bankın ATM şəbəkəsində kartdan nağdlaşdırma üzrə komissiya 0% təşkil edir. Həmçinin, ölkəmizin digər banklarının ATM şəbəkəsində də komissiyasız nağdlaşdırma imkanı var. Bundan başqa, “NeoKart” sahibləri güzəşt müddəti 45 gün olan 15 000 manata qədər kredit xətti də əldə edə bilərlər.

“NeoKart”ı əldə etmək üçün banka gəlməyə ehtiyac yoxdur. Siz sadəcə arzuladığınız kartı sifariş edirsiniz və kart cəmi 3 günə evinizə pulsuz çatdırılacaq.

“NeoKart”ı onlayn olaraq “Bank Respublika”nın rəsmi saytından, eləcə də “WhatsApp”da “Çat-Bot” xidmətindən istifadə edərək 050 6 144 144 nömrəsinə “Kart” yazıb göndərərək sifariş edə bilərsiniz.

Müzakirə qrupuna keçid