Gözləyin...

Bank Respublika müştərilərinə “Kredit Həyat Sığortası”nı təqdim edib

Bank məhsulları 7 October 2024

Bank Respublika kredit götürən müştərilərinə yeni “Kredit Həyat Sığortası” məhsulunu təqdim edib. Kredit Həyat Sığortası – kredit müddəti boyunca kreditgötürənin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında borcun sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək. 

Qeyd edək ki, müştəri özü könüllü olaraq Kredit Həyat Sığortası məhsulunu əldə edib-etməməyi seçəcək və bu kreditin verilməsi ilə bağlı yekun qərara təsir göstərməyəck. Müştərilərin “Bank Respublika”da kredit müraciətləri rəsmiləşdirilən zaman onlara fərqli sığorta şirkətləri tərəfindən təklif olunan həyat sığortası imkanı təklif ediləcək və müştərilərin könüllü olaraq seçdiyi sığorta məhsulu rəsmiləşdiriləcək

Telegram kanalımıza abunə ol