Gözləyin...

“Bank Respublika”da təyinat olub

Bank xəbərləri 8 September 2022

“Bank Respublika” ASC-nin Marketinq departamentinə direktor müavini təyin edilib.

Banker.az xəbər verir ki, Çingiz Əsədov adıçəkilən departamentinin direktoru müavini kimi təyin edilib.

O, 2019-cu ilin yanvarından 2022-ci ilin iyuluna qədər bankın Marketinq Kommunikasiyaları şöbəsinin müdiri vəzifəsində çalışırdı.

“Bank Respublika”nın komandasına isə 2018-ci ilin fevralından qoşulub.

“Bank Respublika”ya qədər Bakı Fond Birjası və “AccessBank” QSC-də müvafiq sahə üzrə çalışıb.