Gözləyin...

Banklar 134 milyon manatdan çox depozit faizləri ödəyiblər

Bank xəbərləri 25 May 2022
Azərbaycan banklarının depozitlər üzrə faiz xərcləri artıb. Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, banklar 2022-ci ilin aprel ayında 134.3 milyon manatlıq depozit faizləri ödəyiblər. Bu məbləğ 2021-ci ilin aprel ayında 111.4 milyon manat təşkil etmişdir. Belə ki, bankların depozitlər üzrə faiz xərcləri 20.5% artıb.