Banklar avtomobil kreditini hansı şərtlərlə verir? – Noyabr 2022
Azərbaycanda fəaliyyət göstərən 8 bank avtomobil krediti verir. Avto kredit verməyən digər banklar isə avtomobil almaq istəyən şəxslərə nağd pul krediti təklif edirlər. Banker.az olaraq bu dəfə avto kredit verən banklar və kreditin şərtləri ilə bağlı araşdırma apardıq. Aşağıdakı məqalədə və cədvəldə bu məlumatlarla tanış ola bilərsiniz:
Bank BTB yaşı 20 – 60 (kredit müddətinin sonuna) olan, min. 6 ay cari iş stajı olan şəxslərə maks. 200 000 AZN ekvivalenti məbləğində, maks. 48 ay müddətinə həm AZN, həm USD valyutasında avtomobil krediti təklif edir. Kreditin faiz dərəcəsi 16-20% (FİFD 16.56% – 21.16%) təşkil edir. Komissiya haqqı 2%-dir. Krediti əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənəd və gəliri təsdiq edən sənədlər tələb olunur. İlkin ödəniş isə aşağıdakı cədvəldə qeyd olunub:
Avtomobillər | İstehsal tarixi | |||
1 ilə qədər | 1 ildən 3 ilə qədər | 3 ildən çox | ||
Elektrik mühərrikli avtomobil nəqliyyatı | min. 10% | min. 40% | ||
Hibrid mühərrikli avtomobil nəqliyyatı | min. 20% | min. 40% | min. 50% | |
Digər | min. 40% | min. 50% | min. 60% |
Bank Respublika ilkin ödəniş 40%-dən başlayaraq maksimum 100 000 AZN məbləğində avtokredit təklif edir. Kreditin maksimal müddəti 36 aydır. Bank 1% komissiya haqqı tutur. İstehsal tarixi 1 ildən az müddət keçən avtomobillər girov olaraq qəbul edilir. İstisna hallarda zamin tələb edilə bilər. Avtokredit əldə etmək istəyən şəxsdən şəxsiyyəti təsdiq edən sənəd, sürücülük vəsiqəsi (əgər yoxdursa, sürücülük vəsiqəsi olan şəxsin zaminliyi ilə), avtomobilin alınmasına dair arayış və ya texniki pasport və rəsmi gəlirləri təsdiq edən sənəd tələb olunur. İllik faiz dərəcəsi aşağıdakı kimidir:
“Group Motors” şirkətləri tərəfindən satılan (Honda, Mazda, Subaru, Mitsubishi,Toyota ) avtomobillər üzrə:
- Müddət 12 ayadək olduqda – 18%;
- Müddət 13 – 24 ay olduqda – 21%;
- Müddət 25 – 36 olduqda – 22%.
Digər markalı avtomobillər üzrə – minimum 24%.Əgər 22-65 arasındadırsa (kreditin son ödəniş tarixi 65 yaşdan çox olmamalı), o zaman Rabitəbankdan istehsal tarixindən 5 il keçməmiş yeni avtomobillər üçün maksimum 36 ay müddətinədək avtomobil krediti əldə edə bilərsiniz. İstehsal tarixindən 5 il keçməmiş yeni avtomobillər üçün şəxsiyyəti təsdiq edən sənəd və gəliri təsdiq edən rəsmi sənədi (iş yeridən arayış, elektron arayış, əmək haqqı hesabından çıxarış) təqdim etməklə AZN valyutasında əldə edəcəyiniz bu kredit üçün ilkin ödəniş avtomobilin dəyəri 30 000 AZN-dək olduqda 50%, avtomobilin dəyəri 30 000 AZN-dən çox olduqda isə 40% təşkil edir. Komissiya haqqının 1% olduğu avtokreditdə FİFD 16.72% -dən başlayır. Faiz dərəcələri aşağıdakı kimidir:
- 3-12 ay – 16%;
- 13-24 ay – 18%;
- 25-36 ay – 19%.
Ziraat Bank Azərbaycandan avtokrediti Azərbaycan vətəndaşı, yaşamaq və çalışmaq icazəsi olan və əsas iş yeri Azərbaycanda olan Türkiyə Respublikası vətəndaşları əldə edə bilər. Maksimal müddəti 36 ay olan kredit üçün minimum 22 yaş həddi müəyyən edilib. Kreditin bağlanma tarixi borcalanın təqaüd yaşını keçməməlidir. Kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyat vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda kredit məbləği əldə edilən avtomobilin dəyərinin maksimum 60% çox olmamalıdır. Kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və ya bir ildən az olan avtomobil nəqliyyat vasitəsinin qiyməti 30 000 manat və ondan az olduqda kreditin məbləği əldə edilən avtomobilin dəyərinin 50%-dən çox olmamalıdır. Avtomobil nəqliyyat vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyat vasitələri üzrə kreditin məbləği, avtomobil nəqliyyat vasitəsinin dəyərinin 20%-dən çox olmamalıdır. Kredit alan zaman əldə edilən avtomobil təminat qismində çıxış edir. Xarici vətəndaşlardan ayrıca zamin tələb edilir.
Xalq Bank 60 ayadək müddətə, maksimum 150 000 AZN, illik faiz dərəcəsi 12%-dən, ilkin ödəniş 20%-dən başlayaraq avtomobil krediti təklif edir. Avtokreditin komissiya haqqı 0.2% (min. 20 AZN, maks. 1000 AZN) nəzərdə tutulub. Krediti 20-70 yaşadək (kreditləşmə müddətinin sonuna)colan, son iş yerində minimum 6 ay çalışan şəxslər əldə edə bilər. Qiyməti 30 000 AZN-ə qədər olan yeni avtomobillər üçün – 50% ilkin ödəniş, 30 000 AZN-dən yuxarı olan yeni avtomobillər üçün isə 40% ilkin ödəniş tələbi var. İstifadə olunmuş avtomobillər üzrə ilkin ödəniş alınan avtomobilin dəyərinin 80%-i məbləğində təşkil edir.
Kreditləşmə müddətinin sonuna istifadə olunmuş avtomobilin buraxılış müddəti:
İran, Çin və MDB ölkələri: 5 il;
ABŞ, Yaponiya, Almaniya: 15 il;
Digər ölkələr: 10 il.
Faiz dərəcəsi:
Avtolux Azerbaijan MMC: 12%;
Partnyorlar: 15%;
Digər: 16-20%.
Əməkdaşlıq edilən avtomobil salonları
“Azərbaycan Automobiles” QSC (Volkswagen)
“Auto Azərbaycan” MMC (Hyundai)
“Auto Star Kaukasus” MMC (Mercedes-Benz)
“Performance Center Co” LTD (Chevrolet,BAIC,JAC,LADA)
“KİA MOTORS Azərbaycan” MMC (KİA)
“Porche Bakı Mərkəzi” (Porche)
“Toyota Bakı Mərkəzi” (Toyota)
“NURGÜN MOTORS” MMC (Ford, Nissan, İnfinity, Renault)
“Dream Auto MMC” (Audi)
“REAL MOTORS” MMC (Seat)
“Aztol Motors” MMC (“Volvo” və “Suzuki”)
“Improtex Motors” MMC (BMW)
“İnshaat Services” MMC (Haval, Great Wall)
“Skaz Autohouse” MMC (Skoda)
“Rotary MMC” (Mazda)
“Yeni Motors” MMC (Honda)
“Subaru Azərbaycan” MMC (Subaru)
“Diamond Motors” MMC (“Mitsubishi”)
“Cahan Motors” MMC (Opel)
“Lexus-Bakı” MMC (Lexus)
“Xəzər Lada” ASC (Lada)
“Avtolux Azərbaycan MMC” (Ferrari, Aston Martin, Lamborghini, Alfa Romeo, Abarth, Land Rover, Jaguar, Fiat, Jeep, Dodge, Chrysler)
“Azərbaycan Avtomobil Evi” MMC ( Changan)