Gözləyin...

Banklar ilk 5 ayda 850 milyon manatdan çox kreditlər üzrə faiz gəlirləri qazanıblar

Bank xəbərləri 23 June 2022

Azərbaycandakı 26 bank bu ilin 5 ayında verdikləri kreditlərdən 852.8 milyon gəlir əldə ediblər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 5 ayında bankların kreditlər üzrə faiz gəlirləri 665 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 28.3% çoxdur.

2022-ci ilin 5 ayında faizlər üzrə xərcləri isə 245.1 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 219.2 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.