Gözləyin...

Banklar kreditlərdən 1 milyard manatdan çox gəlir götürüblər

Bank xəbərləri 27 September 2022

2022-ci ilin ilk 8 ayında (yanvar-avqust) Azərbaycan bankları kreditlər üzrə 1,408.6 milyon manat faiz gəlirləri əldə ediblər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1,092.1 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 29% çoxdur.

2022-ci ilin 8 ayında faizlər üzrə xərcləri isə 409.8 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 352.7 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.