Banklar Sevgililər gününə özəl hansı təklifləri edir?

“Sevgililər günü” ilə əlaqədar bir çox mağazalar endirim kampaniyalarına start veriblər. Qarant.az bankların sevgililər gününə özəl həyata keçirdikləri kampaniyalarını araşdırıb. Qeyd edək ki, bu günlə əlaqədar sadəcə 3 bank kampaniyalar elan edib.
ABB-də Sevgililər gününə özəl kampaniya “Faydalı kəşbek”i əhatə edir. Belə ki, 1-15 fevral tarixlərində ABB Mobile-də "Romantik" keşbek paketini seçməklə "Gül dükanları" və "Kinoteatr" kateqoriyası üzrə 4% əvəzinə 14% keşbek qazana bilərsiniz Qeyd: 16 fevraldan qeyd olunan kateqoriyalar üzrə keşbek faizi 4% olacaq.
Leobank: Leobankda “Sevgililər günü”nə özəl kampaniyalar partnyor mağazaları əhatə edir:
İspace-də 24 aylıq taksitə İphone 16 Pro maxı ayda cəmi 154 ₼-dan,
Kontakt Home, Music Gallery, Baku Electronics və İrşad-da fevralın 16-dək bütün məhsullara 50%-dək endirimlər, komissiyasız 18 ayadək taksit imkanı,
Bantikdə 16 fevral tarixinədək 50%-dək endirimlər, hədiyyələr və 9 ayadək taksitlə ödəniş,
Elit optimalda fevralın 28-dək 60%-dək endirimlər və 18 ayadək taksit imkanı,
Bytelecom-da fevralın 18-dək 70%-dək endirimlər, 24 ayadək taksit ilə əldə edə bilərsiniz.
Yelobank: Sevgililər günü hədiyyəni Yelo taksit kartı ilə 24 aylıq əldə edə bilərsiniz. Yelo taksit kartı ilə partnyorlarda istənilən alış-verişi 24 aya kimi faizsiz hissələyə bilərsiniz.
Qeyd edək ki, Yelo Taksit kartında 70 günədək güzəşt müddəti mövcuddur. Taksit bölgüsü üçün minimal məbləğ 20 AZN olmalıdır. Min. 400 AZN-dən maks. 10 000 AZN-dək kredit imkanı mövcuddur.