Gözləyin...

Banklarda 8 Mart kampaniyaları

Məqalələr 6 March 2024

8 Mart "Beynəlxalq Qadınlar Günü" münasibətilə bir çox şirkətlər müxtəlif kampaniyalar təşkil etməyə başlayıblar. Bu şirkətlər sırasında banklar da var.

Banker.az  "Beynəlxalq Qadınlar Günü" münasibətilə  bankların təklif etdikləri kampaniyaları təqdim edir.

ABB-də  kampaniyaya əsasən TamKart istifadəçiləri “ Faydalı kəşbek” kateqoriyalarından “Gənc” və “Romantik” paketlərinə əlavə olunacaq 3 kateqoriya üzrə 8% keşbek qazana biləcəklər.Kampaniyaya özəl əlavə olunmuş kateqoriyalara daxildir:

Gül dükanları: 8%

Parfümeriya: 8%

Aksesuarlar: 8%

Qeyd edək ki, “Faydalı keşbek” üçün aylıq limit 300 AZN-dir Hər bir kateqoriya üzrə qazanıla biləcək maksimal keşbek məbləği 30 AZN təşkil edir. Kampaniya 1- 8 mart tarixlərinə aktiv olacaqdır. 9-31 mart tarixlərində isə müştərilər qeyd olunmuş kateqoriyalar üzrə 4% keşbek qazanmağa davam edəcək.

ABB-də təklif olunan digər kampaniya çərçivəsində  “ABB Miles”, “ABB Miles Premium” və “TamKart Platinum Debet” kartlarını onlayn kanallar vasitəsilə və ya filiallardan sifariş edən xanımlar kart dəyərinin 50%-i qədər endirim qazanacaqlar. Endirim məbləği kampaniya bitdikdən sonra 5 iş günü ərzində keşbek balansınıza yüklənəcək. Kampaniya 6-10 mart tarixlərində qüvvədədir.

Kapital Bank -Birbank Biznes 31 mart tarixinədək mikro biznes krediti əldə edən qadın sahibkarlar üçün illik kredit faizinə 8%-dək endirim təklif edir.  Xanımlar 100 000 manatadək krediti maksimum 36 ay müddətə, illik 18%-lə girovsuz və zaminsiz əldə etmək imkanı qazanırlar. 

 

Expressbankda -  Yalnız 2 gün, 7 və 8 mart tarixlərində bankdan 70 000 manatadək nağd krediti heç bir komissiya olmadan əldə edə bilərsiniz. Krediti maaş məbləğindən asılı olmayan faiz ilə, illik 10,9%-dən əldə etmək mümkündür. Üstəlik krediti indi alıb, əsas məbləğ üzrə ödənişə İyun ayından başlaya bilərsiniz.Kampaniya başqa bankdan kreditini gətirən şəxslər üçün də keçərlidir.

Qeyd edək ki, 8 Mart qeyri-iş günü olmasına baxmayaraq, bu tarixdə Expressbank-ın bütün filialları 10:00-14:00-dək müştərilərin xidmətində olacaq.

FİFD: 10,9% – 30,2%

Müddət: 3-59 ay

Yaş: 20-65 (kreditin bitmə tarixinədək)

Rabitəbank-da 4-7 mart tarixləri ərzində nağd pul kreditindən faydalanmaq istəyən bütün xanım müştərilər üçün 0% komissiya tətbiq olunacaq. İllik faiz dərəcəsi: 11.5%-dən, Məbləğ: 30 000 AZN-dək, Kreditin müddəti: 48 ayadək.

Rabitəbankın digər kampaniyasına əsasən, “Güc xanımlarda!” biznes kreditinin illik faizi 12,9%-dən, maksimal müddəti 36 ay, maksimal məbləği isə 1 milyon manat təşkil edir. Üstəlik, kredit əldə etmiş xanım sahibkarlar bunun üçün heç bir komissiya haqqı ödəməyəcəklər. Bununla yanaşı, kredit əldə edən işgüzar xanımlara “BizKart” kartı hədiyyə verilir, 1 il xidmət haqqı ödəmədən POS-terminaldan istifadə imkanı yaradılır, həmçinin “İnternet Bankçılıq” və “Mobil Bankçılıq” xidmətləri təklif edilir. Qeyd edək ki, istehsalat, sənaye, ticarət, xidmət, kənd təsərrüfatı və digər sahələr üzrə sahibkarlıq fəaliyyətlərini genişləndirmək istəyən xanımlar bankın sərfəli “Güc xanımlarda!” biznes kreditindən yararlana bilərlər.

 

Telegram kanalımıza abunə ol