Gözləyin...

Banklardan kredit götürmək üçün iş stajı nəqədər olmalıdır?

Bank xəbərləri 15 December 2022

Banklarda yaş, gəlir və s. tələblərə cavab versəniz, kredit götürə bilərsiniz..Lakin bütün bunlarda bir mühüm amili nəzərə almaya bilərsiniz, o da iş təcrübəsidir. Bəli, bank tərəfindən nəzərdə tutulduğu kimi iş təcrübəniz yoxdursa, şəxsi kredit rədd edilə bilər. Başqa sözlə desək, rəsmi iş yerinin olması banklar üçün kifayət deyil. Banklar kreditin geri qaytarılmaması ilə bağlı risklərin qarşısı almaq məqsədilə kredit alan müştərilərdən minimum iş stajının olmasını tələb edirlər. Bu müddət banklardan asılı olaraq 6-12 ay arasında dəyişir. Bəzi hallarda, bankın əməkdaşlıq etdiyi şirkətin işçiləri üçün daha güzəştli şərtlər təklif olunur. Yəni əmək haqqı kartınızın məxsus olduğu bankdan kredit götürərkən bu müddət daha az (məsələn, 3 ay) ola bilər. Ümumi iş stajı tələbi ödənilməklə son iş yerində də müəyyən müddət işləməyiniz lazımdır. Ən əsası da bir işdən çıxıb digər işə başladığınız müddət arasında fasilə ya olmamalıdır, ya da az olmalıdır. Bu müddət isə banklardan asılı olaraq dəyişir. Bəzi banklar fasiləsiz olmasını tələb etdiyi halda, bəzilərində bu müddət 10-30 gün arasında dəyişir.

ABB-də kredit və kredit məhsulları rəsmi gəlir mənbəyi və ya ABB-yə məxsus pensiya kartı əsasında təqdim olunur. Son iş yerinizdə minimal 3-6 ay stajınız olmalıdır. Yaş məhdudiyyəti 20 -70 yaş arası təşkil edir.

Azər Türk Bankda ümumi iş stajı 6 ay, son iş yerində fasiləsiz keçidlə minimum 3 ay olan şəxslər, yaşı 18-70 arası olan, rəsmi gəlirli şəxslər kredit əldə edə bilər.

Bank of Bakuda iş stajına olan tələb minimum 6 aydır. Müştərinin cari iş yerində stajı 6 aydan az olduqda, öncəki iş yerindəki staj nəzər alına bilər, bir şərtlə ki, sonuncu iş yerindən azad olunma və cari iş yerinə qəbul olunma tarixləri arasında müddət 10 təqvim gündən çox olmasın. Bu zaman cari iş yerində staj minimum 3 ay ola bilər.Yaş məhdudiyyəti 20-70 yaş arası təşkil edir.

Bank BTB-də əvvəlki iş yerinizlə cari iş yeriniz arasında fasilə 1 aydan çox olmayıbsa, iş stajı minimum 4 ay olmalıdır, əks halda 6 ay olması mütləqdir. 65 yaşa qədər rəsmi gəlirli şəxslər müraciət edə bilər.

Bank Respublikada kredit müraciəti ilə bağlı son iş yerində minimal 6 ay iş stajı zəruridir. Yaş həddi 20-73 yaş aralığıdır.

Naxçıvan Bankda bankın daxili qaydasına əsasən kredit müraciəti üçün sizin son iş yerinizdə minimum 6 ay stajınız olmalıdır.Yaş məhdudiyyəti isə 70 yaşa kimi müəyyən edilmişdir.

Kapital Bankda son iş yerində staj minimum 3 ay olmalıdır. Ümumi staj minimum 6 ay olmalıdır. Təqaüdçü müştərilər üzrə staj tələb yoxdur.Yaş həddi isə, 18-70 aralığındadır.

Rabitə Bankda ümumi iş stajınız 6 aydan, sonuncu iş yerində stajınız isə 4 aydan az olmamalıdır. Digər işə keçid müddəti 30 gündən çox olarsa, yeni işinizdə 6 ay iş stajı mütləqdir. Minimum yaş həddi 20 yaşdır. Kreditin son ödəniş tarixinə borcalanın yaşı maksimum 60 yaş olmalıdır.

TuranBankda istehlak kreditinin ayrılması üçün minimum staj tələbi dövlət müəssisələri üzrə 6 ay, özəl müəssisələr üzrə isə 12 ay təşkil edir. İş yerləri arasında fasilə 1 aydən çox olmadığı halda, staj ümumi hesablana bilər.Kreditin ayrılması üzrə yaş həddi 20-65 yaş təşkil edir.

Unibank nağd kredit müraciəti üçün minimal 6 ay staj tələb edir. Və ya arada olan işsiz müddət 30 gündən az olubsa, müraciət edə bilərsiniz. Əks halda, son iş yerində 6 ay staj tamam olduqdan sonra kredit ayrıla bilər. Yaş aralığı 20-70.

Xalq Bankda son iş yerinizdə staj tələbi 6 aydır. Son iş yerinizdə staj 3 aydırsa, və keçmiş iş yeri ilə yeni iş yerinə qəbul olma vaxtə 30 gündən gec olmayıbsa kredit müraciətinizə baxıla bilər.

VTB –də ümumi staj 1 ildən az olmamaq şərti ilə, sonuncu iş yerində staj rəsmi müraciət əsasında fərdi baxılacaqdır. Yaş həddi 21-60 yaş arası təşkil edir.

Yapı Kredi Bank Azərbaycanda müraciət etdiyiniz zaman son və əvvəlki(birlikdə) iş yerlərində minimum 12 aylıq əmək təcrübəsi tələb olunur. 18 yaş üzəri və təqaüd yaşına qədər olan müraciətlər qiymətləndirilir. İş yerləri arasında olan fasilə maksimum 2 aya qədər ola bilər.

Yelo Bankda kreditləşmə ümumi iş stajı minimum 12 ay, son iş yerində staj minimum 6 ay və daha artıq olan müştərilər üzrə mümkündür. Kreditləşmə yalnız 21 yaşdan yuxarı olan müştərilər üzrə mümkündür.



Telegram kanalımıza abunə ol