Gözləyin...

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depozit təklifləri – SİYAHI (2025, fevral)

Bank xəbərləri 4 February 2025

Azərbaycanda bankları manatda müddətli depozit cəlb etmək üçün müştərilər üçün gəlirlilik faizlərini qaldırmaqdadırlar.

Banker.az Qarant.az platformasının 4 fevral tarixinə monitorinq edilmiş son göstəricilərinə istinadən xəbər verir ki, bir sıra banklar da depozit faizlərini yüksəldiblər. İndi bazarda fiziki şəxslər üçün 12 aylıq müddətli əmanətlərin gəlirliyi 10% üzərində olan 13 bank var.

6 aylıq müddətli manat depozitləri ən sərfəli “Yelo Bank” ASC-də 12 faiz (öncəki ayda 115% idi) olmaqla təklif edilir. ABB, “Kapital Bank”, “Accessbank” QSC, “Expressbank” ASC və “Unibank” ASC isə müvafiq müddətə 11% illik gəlirlilik təklif edirlər

9 aylıq müddətə cəmi 10 bank cəlb edirlər ki, bunlardan da ən sərfəlisi “Expressbank” ASC və “Turan Bank” ASC-dədir – 11%. İkinci sırada olan “Bank of Baku” ASC və “Rabitəbank” ASC 10% gəlirlilik təklif edir. Öncəki ayla müqayisədə dəyişməyib.

Bençmark sayılan 12 aylıq depozitlərdə rəqabət daha yüksək olaraq qalır. “AFB Bank”, “Yelo Bank”, “Expressbank”, “Bank BTB” və “Bank of Baku” 12 faiz illik gəlirlilik təklif edir ki, bu da sığortalanan əmanətlər üçün tavan faiz dərəcəsidir.

Bildiyimiz kimi, ötən ilin yanvarından etibarən milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi vergidən azad edilir.

18 aylıq müddətli manat depozitlərinin gəlirliyi 14 bankda 12 faizdən yuxarıdır.

Ətraflı cədvəldən tanış ola bilərsiniz:

Telegram kanalımıza abunə ol