Bankların güzəşt müddətli kredit kartları - Araşdırma
Güzəşt müddəti nağdsız, birdəfəlik və faiz hesablanmayan ödənişlərdir. Məbləğ vaxtında ödənilmədikdə bu borc gecikməyə düşmür, amma faiz hesablanan borca keçir.
Güzəşt müddəti borcalana ödənişi vaxtından qısa müddətə gecikdirməyə imkan verir. Əksər hallarda yalnız nağdsız ödənişlərə şamil edilir. – yəni məhsul və xidmətlərin haqqının ticarət məntəqələrində və iaşə obyektlərində mövcud olan pos terminal vasitəsi ilə ödənilməsi, həmçinin internet vasitəsi ilə edilən ödənişlər. Amma bir neçə bankda güzəşt müddəti həm də nağd çıxarılışlara da aid edilir.
Grace Period-un müddəti müəyyən gün sayı ilə ifadə olunur. Azərbaycan banklarında bu müddət 30 gündən başlayaraq 100 günədək dəyişir. Adətən bir ay ərzində istifadə olunan vəsaitə görə ödənişlər növbəti ayın 1-dən 10-ə qədər olan vaxt ərzində həyata keçirilir.
Banker.az Güzəşt müddətli kredit kartlarını araşdırıb araşdırıb. Qeyd edək ki, araşdırma yalnız bankların sadə debet kartlarını əhatə edir.
ABB – TAMKART.
Müddəti- 5 il
Qiyməti – Pulsuz
Məbləğ – 300-30 000 AZN
Güzəşt müddəti – 63 günədək
Faiz - 24%
AccessBank – OK kart
Müddəti- 3 il
Qiyməti – Pulsuz
Məbləğ – 30 000 AZN-dək
Güzəşt müddəti – 30 günədək
Faiz - Faiz yoxdur və siz kredit məbləğinizi öz gəlirlərinizə uyğun idarə edirsiniz. siz xərclədiyiniz məbləğə görə yalnız komissiya ödəyəcəksiniz kİ, bu komissiya məbləği yalnız xərcinizə görə dəyişəcək.
Bank of Baku – Bolkart kredit
Müddəti- 3 il
Qiyməti – Pulsuz
Məbləğ – 500 - 15000 AZN
Güzəşt müddəti – 60 günədək
Faiz- 25%
Bank Respublika – Neokart
Müddəti- 1, 2, 3 il
Qiyməti – 10, 15, 20 AZN
Məbləğ – 200 - 15 000 AZN
Güzəşt müddəti – 45 günədək
Faiz- 24%
Kapital Bank – Birbank Cashback
Müddəti- 3 il
Qiyməti –pulsuz
Məbləğ – 15 000 AZN-dək
Güzəşt müddəti – 63 günədək
Faiz- 25%
Rabitəbank – Kartmane kredit
Müddəti-5 il
Qiyməti – 10 AZN
Məbləğ – 200 - 15 000 AZN
Güzəşt müddəti – 100 günədək
Faiz- 25%
Yelobank – Yelo kredit/taksit kartı
Müddəti-5 il
Qiyməti – pulsuz
Məbləğ – 300-10 000 AZN
Güzəşt müddəti – 70günədək
Faiz-25%