Gözləyin...

Bankların iş saatları

Məqalələr 27 March 2024

Azərbaycanda bir çox banklar həftəiçi 9:00-dan 18:00-dək fəaliyyət göstərir. Bəzi bank filialları  isə 24 saat fəaliyyət göstərə bilər. 

Banklarda iş vaxtı 18:00-da bitsə də, kassa bəzi banklarda 17:00-da, bəzilərində 17:15 və ya 17:30-da bağlanır. Buna görə kassa ilə bağlı hər hansı işiniz olacaqsa (nağd kredit almaq, pul göndərmək, ödəniş etmək və s.), bunu nəzərə almağınız məsləhətdir. Kart sifarişləri zamanı isə kartı götürmək üçün iş saatın bitməsinədək banka yaxınlaşa bilərsiniz.

Banker.az Azərbaycanda fəaliyyət göstərən bankların həftəiçi iş saatlarını təqdim edir.

*ASB Bank-da Park Bulvar filialı 10:00- 21:30-dək fəaliyyət göstərir. 

*Bank BTB-də kassa 17:00-dək fəaliyyət göstərir.

*Kapital Bankda - H.Əliyev adına  Hava limanı, Qazax şöbəsi və   Bakı limanı 24 saat; 

Bravo  3, Ulduz, Bravo 2, Dəmiryol, Bravo 1,  52 saylı Notariat, Gənclik Moll,  38 saylı Notariat şöbə,  7 saylı şöbə, Bravo 4, 28 Mal, 53 saylı Notariat , 35 saylı Notariat, 16 saylı Notariat, 18 saylı Notariat, 9 saylı Notariat, 54 saylı Notariat, 51 saylı Notariat, 32 saylı Notariat, 26 saylı Notariat,  43 saylı Notariat,  19 saylı Notariat, 14 saylı Notariat filialları 9:00 dan – 18:00-dək;

Birbank Rəqəmsal Mərkəzinin Elmlər akademiyası,  Nərimanov filialları və  15 saylı Notariat filialı 10:00 - 19:00-dək;

Birbank Rəqəmsal 28 mall , Dəniz mall filialları  10:00-22:00-dək, 11 saylı Notariat filialı isə  10:00-18:00-dək fəaliyyət göstərir.