Gözləyin...

Bankların kəşbek faizləri – Aprel

Məqalələr 1 April 2024

Banker.az  aprel ayı üçün  bankların keşbek  faizlərini  təqdim edir.

ABB – Tamkart kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır.  Tamkart debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 5 il müddətinə təqdim olunur. Standart, Gold, Platinum, Premium,Gənc və rəqəmsal növləri var. Kartın növündən aslı olaraq qalığın 200 AZN-dən 5000 AZN-dək olan hissəsinə illik 7%  hesablanaraq ayın sonu  balansa köçürülür. “Faydalı keşbek” üçün aylıq limit 300 AZN-dir.

 1 kateqoriya üzrə maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir. Hər hansı əməliyyat üzrə müştəri maksimal kəşbek məbləğini qazanarsa, həmin kateqoriyanın faizindən aslı olmayaraq bundan sonrakı əməliyyatlar üzrə 1% kəşbek hesablanacaq. Misal üçün, parfümeriya kateqoriyası üzrə 5%kəşbek verilirsə, müştəri yeni şərtə əsasən maksimum 30 AZN kəşbek qazandıqdan sonra kateqoriyanın faiz dərəcəsi 5%-dən 1%-ə düşəcək.  Və müştəri 300 AZN-dək kəşbek qazanmağa davam edəcək.

 

Birbank Cashback Debet - kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır. Birbank debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Pulsuzdur. 

Kapital Bankın Birbank Cashback Debet kartı - Kəşbek kateqoriyaları üzrə aylıq limit 100 AZN-dir. Limit seçəcəyiniz hər 2 kateqoriyaya birlikdə tətbiq olunur, “Bütün ödənişlər 1.5%” təklifi isə istisnadır. Çünki bu kateqoriya üçün limit 500 AZN təşkil edir. Nümunə: “Market - 3%” və “Bütün ödənişlər 1.5%” təkliflərini seçdikdə “Market - 3%” kateqoriyasından 3% ilə 50 AZN keşbek qazanmaq mümkündür. Limitə çatdıqdan sonra həm market, həm də digər bütün sahələrdə ödənişlərdən 1.5% ilə keşbek qazanmağa davam edəcəksiniz. Həm Taksit, həm də debet kart sahibləri üçün aylıq qazanılan maksimal kəşbek məbləği 500 AZN-dir. Keşbek kateqoriyaları hər ay yenilənir. 

Rabitəbank Kartmane - Şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür. Kartmane debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 5 il müddətinə təqdim olunur. Vəsait qalığına hesablanan faiz dərəcəsi debet kartın növünə görə illik 4-6% -dir. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimum məbləğ isə standard kart üzrə 10 000 AZN, premium kart üzrə 100 00 AZN-dir. 

 Kateqoriya üzrə maksimal qazana biləcəyiniz keşbek məbləği – 30 AZN, maksimal aylıq keşbek məbləği 200 AZN təyin edilir.

Yelobank Yelo Light  şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür. Yelo Light debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR)  36 ay müddətinə təqdim olunur.  AZN valyutasında olan 10 000 AZN-dək qalıq məbləğə illik 4% hesablanır. 

Hər ay 3-ə qədər kateqoriya seçilə bilər. Kateqoriyaları hər ayın 1-dən etibarən dəyişdirmək mümkündür.  Növbəti ay kateqoriya seçimi edilmədiyi halda ötən ay seçilən kateqoriyalar cashback gətirməyə davam edir. Ay ərzində maksimum qazanılacaq məbləğ:Hər bir kateqoriyadan əldə olunan cashback maksimum olaraq 20 AZN-dir, yalnız YDM üçün maksimal limit 10 AZN təyin olunub.  Seçilən kateqoriyaların maksimal limitindən asılı olaraq ayda cəmi 50 AZN-dan 60 AZN-ə qədər cashback əldə edilə bilər. Kategoriya üzrə maksimum limitə çatdıqdan sonra, həmin kategoriya üzrə aparılan əməliyyatlara görə cashback ödənilməyəcək. Növbəti ay ərzində bu limit yenidən bərpa ediləcək. 

Bank Respublika -  “NeoKart” debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Qiyməti 20 AZN-dir.  Qalıq üzrə illik faiz NeoKart Standart- illik 3% Minimum faiz hesablanacaq məbləğ-0.  Maksimum faiz hesablanacaq məbləğ 10 000 AZN.

“Tarifini özün yarat” yeni keşbək konsepsiyası: Hər bir kateqoriya üzrə seçim imkanı müştəriyə verilir. Yeni məntiq həm ölkədaxili, həm də ölkəxarici əməliyyatlara şamil olunur.  Hər bir kateqoriya üzrə seçilmiş faizlərin toplam cəminin miqdarı maksimum 15 ədədinə bərabər olur. (Müştəri həmin ədədi kateqoriyalar üzrə bölüşdürməkdə sərbəstdir). Əvvəlcədən təyin olunmuş ədədin (miqdarın) bütün kateqoriyalar üzrə tam bölüşdürülməsi məcburidir. Müştəri tərəfindən seçim edilmədikdə, bonus hesablanması dayandırılır.. Bonusun digər opsiyalara (mil, internet, dəqiqə və s) konvertasiyası üzrə hesablama məntiqi saxlanılır. Bütün NeoKart məhsulları üçün keşbək limiti 300 AZN təyin olunur.

Bank of Baku Bolkart şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür.  Bolkart debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 12, 24, 36 ay müddətinə təqdim olunur və 3 növü var: Bolkart Debet, Bolkart Gold və Bolkart Diamond. Qalıq məbləğ 100 – 2000 AZN olduqda 7%,  qalıq məbləğ 2000 AZN-dən çox olduqda-2000 AZN-ə qədər olan hissəyə 7%-lə, 2000 AZN-dən yuxarı olan hissəyə isə 5%-lə hesablanacaqdır. 

* Dövriyyə tələbi olmadan debet kartlar üzrə 3% keşbek əldə edə bilərsiniz. Market, YDM, Aptek, Tibb, Restoran, Şirniyyat, Kosmetika, Gülçülük ödənişlərində aylıq qazanıla bilən maksimal kəşbek məbləği 30 AZN, Elektronika və Təhsil ödənişlərində isə maksimal 100 AZN-dir. “Azpetrol” “Trendyol” və “Bravo”-da Bolkartla ödənişlərdə 7% kəşbek hesablanacaq. Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər.

Azər Türk Bank atb  Card tam funksionallı bir kartdır. İlk ATB debet kartı hədiyyə olaraq təqdim edilir. Bu kart sadə debet kartıdır, onlayn alış-veriş, nağdsız ödəniş və pul köçürmələri üçün nəzərdə tutulmuşdur. AZN valyutasında olan debet kartların qalığına illik 5.5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur. Ay ərzində qazanıla bilən ümumi keşbek məbləği üzrə limit 200 AZN-dir.