Gözləyin...

Bankların kəşbek kateqoriyaları -Yanvar 2024

Məqalələr 7 January 2024

Banker.az  yanvar ayı üçün bankların keşbek kateqoriyalarını təqdim edir. 
ABB Tamkart  - kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır.  Tamkart debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 5 il müddətinə təqdim olunur. Standart, Gold, Platinum, Premium,Gənc və rəqəmsal növləri var. Kartın növündən aslı olaraq qalığın 200 AZN-dən 5000 AZN-dək olan hissəsinə illik 7%  hesablanaraq ayın sonu  balansa köçürülür.  
* Faydalı keşbek üçün aylıq limit 100 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək. 1 əməliyyatdan maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir. Keşbek balansı 10 AZN dən çox olduğu halda köçürmə etmək mümkündür. Faydalı keşbek paketi aktivləşdirildiyi təqdirdə, istənilən TamKart kartı üçün standart 1-1.5% keşbek hesablanması dayandırılıb, əvəzində 6 kateqoriyada yüksək faizli keşbek hesablanacaqdır. Faydalı keşbek üzrə kateqoriya seçimi aylıq yenilənir. 


 

Kapital Bank Birbank Cashback Debet - kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır. Birbank debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Pulsuzdur. Minimal 500AZN ekv. bərabər və yuxarı qalıq olduqda  6 % aylıq maximal 10 AZN hesablanacaq. 
* Keşbek kateqoriyaları üzrə aylıq limit 50 AZN-dir. Limit seçəcəyiniz hər 2 kateqoriyaya birlikdə tətbiq olunur, “Bütün ödənişlər 1.5%” təklifi isə istisnadır. Çünki bu kateqoriya üçün limit  500 AZN təşkil edir. Nümunə: “Market - 3%” və “Bütün ödənişlər 1.5%” təkliflərini seçdikdə “Market - 3%” kateqoriyasından 3% ilə 50 AZN keşbek qazanmaq mümkündür. Limitə çatdıqdan sonra həm market, həm də digər bütün sahələrdə ödənişlərdən 1.5% ilə keşbek qazanmağa davam edəcəksiniz. Keşbek kateqoriyaları hər ay yenilənir. 
 


Rabitəbank Kartmane - Şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür. Kartmane debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR)   5 il müddətinə təqdim olunur. Vəsait qalığına hesablanan faiz dərəcəsi debet kartın növünə görə illik 4-6% -dir. Faiz hesablanan  minimal məbləğ 100 AZN, maksimum məbləğ isə standard kart üzrə 10 000 AZN, premium kart üzrə 100 00  AZN-dir. 
*ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 5% keşbek, kart ilə aparılan ödənişlərə görə isə 1.5% keşbek hesablanır. Kateqoriya üzrə maksimal qazana biləcəyiniz keşbek məbləği – 30 AZN, maksimal aylıq keşbek məbləği 200 AZN  təyin edilir. Rabita Mobile ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır. 


 

Paşa Bank&Azercell  “akart”  - Kateqoriya seçimi, minimal dövriyyə tələbi olmadan bütün supermarketlərdə 5% keşbek hesablanır. Keşbek üzrə aylıq maksimal məbləğ 100 AZN təşkil edir. Hər kateqoriyada qazanılacaq maksimum aylıq cashback 25 AZN təşkil edir. Əlavə olaraq gün ərzində hər bir kateqoriyada 5 əməliyyat üzrə cashback qazanmaq mümkündür.  Keşbek dərhal balansa oturur. 


 


Yelobank Yelo Light Debet  - Şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür. Yelo Light debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR)  36 ay müddətinə təqdim olunur.  AZN valyutasında olan 10 000 AZN-dək qalıq məbləğə illik 4%,  Yelo Premium kartında isə AZN valyutasında olan 100 000 AZN-dək qalıq məbləğə illik 6%  hesablanır. 
* Ümumi əldə edə biləcəyiniz keşbek 200 AZN edir. Seçilmiş iki kateqoriya üzrə aylıq limit 100 AZN təşkil edir.  Ödəniş daxil olduqdan sonra 3-5 iş günü ərzində keşbek balansında əks olunur. Standart olaraq keşbek 0.5%-dir. 



 
Leobank Mükəmməl qara kart – 5 il müddətinə pulsuz təqdim olunur. Qalıq üzrə faiz 5% illik gəlir gətirən bu kartda debet qalığına faiz dərəcəsi debet qalığında minimal 10 AZN məbləğ olduqda hesablanır. Depozit gündəlik olaraq hesabınızda olan məbləğin üzərinə hesablanır, məbləğ toplanaraq növbəti ayın 1-i hesabınıza köçürülür. 
* Hər ayın birindən etibarən 6 keşbek kateqoriyası təqdim olunur və onlardan sizə uyğun ikisini seçib və seçdiyiniz kateqoriyalar üzrə keşbek əldə edə bilərsiniz, keşbek həmən dəqiqə keşbek balansına köçürülür. Hər ay maksimum 50 manat keşbek yığa bilərsiniz. Keşbek kateqoriyaları hər ay yenilənir.

Bank of Baku Bolkart şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür.  Bolkart debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR)  12, 24, 36 ay müddətinə təqdim olunur və 3 növü var: Bolkart Debet, Bolkart Gold və Bolkart Diamond. Qalıq məbləğ 100 – 2000  AZN oduqda  7%,  qalıq məbləğ 2000 AZN-dən çox olduqda-2000 AZN-ə qədər olan hissəyə 7%-lə, 2000 AZN-dən yuxarı olan hissəyə isə 5%-lə hesablanacaqdır. 
* Dövriyyə tələbi olmadan debet kartlar üzrə 3% keşbek əldə edə bilərsiniz. “Dostbank” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə kəşbek hesablanmır. Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır. 
Azər Türk Bank  atb Card - tam funksionallı bir kartdır. İlk ATB debet kartı hədiyyə olaraq təqdim edilir. Bu kart sadə debet kartıdır, onlayn alış-veriş, nağdsız ödəniş və pul köçürmələri üçün nəzərdə tutulmuşdur. AZN valyutasında olan debet kartların qalığına illik 5.5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur. 
*Ay ərzində qazanıla bilən ümumi keşbek məbləği üzrə limit 200 AZN-dir.



 

Müzakirə qrupuna keçid