Bankların Mil kartları: hansı daha sərfəlidir?
Miles kart etdiyiniz nağdsız ödənişlərdən mil toplamaq və həmin milləri uçuş biletinə çevirmək üstünlüyü təqdim edən kart növüdür. Həmçinin, kartınız sizə “Lounge Key” biznes zallarına pulsuz giriş, səyahət sığortası, hava limanına və ya hava limanından pulsuz transfer və bir çox üstünlüklər qazandıracaq.
ABB - ABB Miles. Kartları iki versiyada Standard və Premium versiyalardadır. Hər iki növ kart millərdən başqa kartdakı qalıq məbləğə də 5% gəlir hesablayır. Bu gəlir isə hesaba millərin ekvivalenti şəklində əlavə olunur. ABB Miles kartları üzrə ölkədaxili aparılan ödənişlər zamanı 1AZN =1.2 mil; ölkəxarici aparılan ödənişlər zamanı 1AZN - 1.6 Mil. ABB Premium kartları üzrə ölkədaxili aparılan ödənişlər zamanı 1AZN =1.6 Mil; ölkəxarici aparılan ödənişlər zamanı 1AZN - 1.8 Mil. Aviabiletin qiymətindən asılı olaraq topladığınız millərdən istifadə edə bilərsiniz (millərdən istifadə: toplanmış mil/65). ABB-nin ATM və POS-terminallarından vəsaitin alınması. Aylıq 15 000 AZN-dək pulsuz, 15 000 AZN-dən yuxarı 1% (min. 1 AZN/USD/EUR)
Kapital Bankın təklif etdiyi Birbank Miles kartı bir versiyadadır və qiyməti 80 manatdır. “Birbank Miles”ı taksit kartı olaraq da almaq olar. Lakin kartın debet və ya taksit kartı olması millərin hesablanmasına təsir etmir.Qazanılmış millər 2 il müddətində qüvvədədir. Toplanılmış millər heç bir əlavə ödəniş olmadan istənilən avia-şirkətdən alınmış biletlə əvəz olunur. Nağdlaşdırma üzrə - Kapital Bank və ölkədaxili digər bankların ATM və Pos terminallarında 5000 AZN-ə qədər komissiyasız, limiti keçdikdə 0.5% min.1 AZN, ölkəxarici banklarda isə 1.5% min 3.50 AZN komissiya tutulur.
PAŞA Bankın Miles&Smiles kartları 3 növdədir: Qiyməti 40 AZN olan Platinum, qiyməti 90 manat olan Black Edition və qiyməti 300 manat olan World Elite. 1 mil qazanmaq üçün xərclənməli olan məbləğ Platinum 3 AZN, Black Editon 4 AZN, Elite kart üçün 1.5AZN -dir. (1AZN = 0.66 Mil). Kartın ilkin və növbəti illərin illik abunəlik haqqı ödənildikdən sonra mil hesablanan ödənişlər etməklə, ilk 1 ay ərzində Platinum kartlar üzrə minimum 1000 AZN dövriyyə ilə 500 mil, Black editon üzrə 2000 AZN dövriyyə ilə 1500 mil, Elite kart üzrə 4000 AZN dövriyyə ilə 3000 “Xoş gəldin” milləri verilir. Ölkədən asılı olmayaraq 2000 AZN-dək – pulsuz nağdlaşdırma.
Premium Bankın təklif etdiyi “Azal miles” fərqli sayda millər qazandıran Standard, Gold və Premium versiyalardadır. Standard versiya mil kartlar 20 və 25 manata, Gold mil kartlar 50 və 60 manata, Premium mil kartlar isə 200 və 250 manatadır. Kartlar 2 və 3 illikdir. ATM-lardan nağd vəsaitin çıxarılması: 5000 AZN/USD/EUR-dək 0% komissiya (aylıq).