Gözləyin...

Bankların milli və xarici valyutada ən aşağı faizlə əmanət qəbul etdiyi regionlar açıqlandı

Bank xəbərləri 26 May 2022
2022-ci ilin may ayının 1-nə ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 10 milyard 515 milyon manat olub. Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Banklar milli valyutada depozitləri ən yüksək faizlə ilk üç pillədə 6.22% olmaqla Abşeron-Xızı iqtisadi rayonunda, 5.55% olmaqla Gəncə-Daşkəsən, 5.33% olmaqla Lənkəran-Astara iqtisadi rayonunda qəbul edir. Milli valyutada ən aşağı faizlə isə bankların depozit qəbul etdiyi regionlar isə Mil-Muğan iqtisadi rayonu (2.69%) və Naxçıvan iqtisadi rayonudur (2.16%). Xarici valyutada ən yüksək faizlə depozit qəbul edilən regionlar isə 1.01% olmaqla Qazax-Tovuz iqtisadi rayonu və 1% olmaqla Bakıdır. Bankların xarici valyutada ən aşağı faizlə əmanət cəlb etdiyi regionlar isə Naxçıvan iqtisadi rayonu (0.02%), Mil-Muğan iqtisadi rayon (0.16%) iqtisadi rayonlarıdır