Bankların müddətli manat depozitlərinin SİYAHISI: 6 aydan 36 ayadək olan göstəricilər
Banker.az oxucuların istəklərini nəzərə alaraq bankların 6 ay, 9 ay, 12 ay, 18 ay, 24 ay və 36 ay müddətinə müddətli manat depozitlərini (əmanət) araşdırıb.
Kredit.banker.az platfomrasının 2024-cü ilin mart ayına olan göstəricilərinə əsasən üç bank 36 ay müddətində depozitlər qoyulduğu halda onlara 11.50% illik gəlirlilik təklif edir. Bunlar “AFB Bank”, “Expressbank” və “Bank of Baku”dur.
Qeyd edək ki, 1 yanvar 2024-cü ildən iki halda vətəndaşlar gəlir vergisi ödəmir. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunur.
Məsələn, əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2 400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad edilir. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur.