Gözləyin...

Bankların nağdlaşdırma komissiyaları - Siyahı

Bank xəbərləri 12 October 2022

Debit kartlar  nə qədər nağdsız əməliyyatlar aparmaq niyyəti ilə alınsa da, bəzən nağd pula da ehtiyac yaranır.

Banklardan pul çıxaran zaman  bankınız tərəfindən idarə olunmayan ATM-dən istifadə etdiyiniz zaman, siz əlavə komissiya ödəmək  məcburiyyətində qala bilərsiniz. Bəzən bu komissiyalar həm də istifadə etdiyiniz  bank tərəfindən tutula bilər.  Digər banklara məxsus bankomatlardan nağdlaşdırma komissiyaları isə bir çox hallarda bankın qoşulduğu kart prosessinq mərkəzlərindən asılı olaraq dəyişir.Qeyd edək ki, bu komissiyalar bəzən kartın statusundan asılı olaraq da dəyişə bilər.

Banker.az   debit kartlar üçün nəzərdə tutulan  nağdlaşdırma komissiyalarını araşdırıb. 

 *ABB –də  TamKart debet kartlarında  ABB-yə məxsus ATM-dən nağdlaşdırma zamanı 15 000 AZN-ə kimi mədaxil zamanı komissiya haqqı mövcud deyil.  15 000 AZN-dən çox olduqda və ya digər debit kartlardan nağdlaşdırma zamanı 1% min.1 AZN  xidmət haqqı tutulur. Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü, TAM kart debet və kredit/taksit kartı ( debet hissəsi ), ABB Miles,Yuventus Co-brand və Azercell Co-brand kartları ilə ABB bankomatlarında nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmur.

* Accessbank və digər bankın ATM-lərində nağdlaşdırma 500 AZN-dək komissiya hesablanmır,500 AZN-dən çox olduğu təqdirdə 2% minimum 2 AZN komissiya tutulur.

*Azər Türk Bank. Digər bankların ATM-lərindən ay ərzində 1000 AZN-dək 0%, 1000 AZN-dən yuxarı olduqda 1.5% komissiya tutulur.

*Bank BTB-də qeyd olunan faiz dərəcəsi Xalq Bank, Yelo Bank, Bank Avrasiya, Azərbaycan Beynəlxalq Bankı və Ziraat Bankın ATM və şöbələrindən nağdlaşdırma üçün nəzərdə tutulub. Digər bankların ATM-lərində 1.5%  min 3.5 AZN  komissiya  tutulur.

*Bank of Baku . Cədvəldə qeyd  olunan  tariflər Bolkart debet kartları üçün nəzərdə tutulub.Digər kartlardan nağdlaşdırma zamanı  Bank of Bakunun öz ATM-də 1% min. 1 AZN xidmət haqqı tutulur.

*Bank Respublika. “Neo kart“ debit kartı üzrə tariflər fərqlidir.Neo kart Standard: Bankın ATM şəbəkəsində kartdan nağdlaşdırma zamanı 10000 AZN qədər komissiya 0% təşkil edir. Ay ərzində ölkədaxili istənilən banka məxsus bankomatda 5 dəfə pulsuz nağdlaşdırma  imkanı mövcuddur. Neo kart Premium: Bankın ATM şəbəkəsində kartdan nağdlaşdırma zamanı 20000 AZN-ə  qədər komissiya 0% təşkil edir. Ay ərzində ölkədaxili istənilən banka məxsus bankomatda 10 dəfə pulsuz nağdlaşdırma imkanı mövcuddur.

*Günay Bank. Cədvəldə qeyd olunan tarif  1.5% min. 2 AZN Millikart şəbəkəsinə daxil olan bankların ATM-lərindən nağdlaşırma zamanı nəzərdə tutulub.  Azəricard şəbəkəsinə daxil olan bankların ATM-lərindən nağdlaşdırma zamanı 1.5% min 3.5 AZN  komissiya tutulur.

*Kapital Bank. Birbank Cashback debet kartı ilə ay ərzində 5000 AZN, Birbank Umico, Miles debetdə isə ay ərzində 4000 AZN ümumi limit daxilində Kapital Bank ATM-dən  nağdlaşdırma, ölkədaxili bankların ATM–lərindən nağdlaşdırma komissiyasızdır. Limit aşıldığı zaman Birbank Cashback debit kartlarında Kapital Bankın ATM-dən nağdlaşdırma zamanı 0.5% min.1 AZN,  Birbank Umico  debit kartlarında Kapital Bankın ATM-dən nağdlaşdırma zamanı 1% min. 1 AZN komissiya,  digər bankların ATM-lərindən  nağdlaşdırma zamanı 1.5% min 3.50 AZN komissiya tutulur.

*Naxçıvan Bank. Digər  bankların ATM-lərindən nağdlaşdırma zamanı 100 AZN-ə  qədər məbləğdə 3.50 AZN,  100 AZN yuxarı məbləğdə isə ümümi məbləğin 2%-iqədər  komissiya  tutulur.

*Leobank . Unibank bankomatlarında şəxsi vəsaitlər üçün - ay ərzində 2000 manatdan çox olduqda 0.5% komissiya tutulur.

*Unibank. Digər bankların  ATM-lərindən nağdlaşdırma zamanı Məbləğ 0-10 AZN aralığında olduqda 1 AZN ,  10 AZN-dən yuxarı olduqda 1.5% +xidmət edən bankın komissiyası  min . 2 AZN komissiya tutulur.

*Rabitəbank.  Kartmane Debit kartlarından ölkə daxili istənilən ATM-lərdən ayda 5 nağlaşdırma pulsuz təqdim edilir (1 əməliyyat 1000 AZN). Növbəti dəfələr : Rabitəbank ATM -lərində 1% min. 0.80 AZN,  digər ATM -lərində 1.5% min. 3 AZN  komissiya tutulur.

*Paşa Bank. Kapital Bankın ATM-lərindən nağdlaşdırma zamanı 1% min. 1 AZN xidmət haqqı tutulur.

*Premium Bank. Cədvəldə göstərilən tarif  (1.5% min. 2 AZN) Azəricard şəbəkəsinə daxil olan bankların ATM-lərindən nağdlaşdırma zamanı nəzərdə tutulub. Millikart şəbəkəsinə daxil olan bankların ATM-lərindəndən nağdlaşdırma zamanı  1.5 % min. 4 AZN  komissiya tutulur.

*Yelo Bankın  ATM-lərində 3 000 AZN-ə qədər 0%,  3 000 AZN-dən yuxarı olduqda 1% min. 1 AZN xidmət haqqı tutulur. Azəricard şəbəkəsinə daxil olan bankların ATM-dən nağdlaşdırma zamanı 1.5% min. 2 AZN  xidmət haqqı, Azəricard şəbəkəsinə daxil olmayan bankların ATM-dən 2% min. 3 AZN  xidmət haqqı tutulur.

*Ziraat Bank Tükiyə ATM-lərindən nağdlaşdırma zamanı 0.5% min. 1 AZN xidmət haqqı tutulur.