Gözləyin...

Bankların “Novruz” kampaniyaları

Məqalələr 15 March 2023

Qarşıdan gələn novruz bayramı münasibətilə banklar bayram kampaniyaları elan ediblər. Müştərilər bu kampaniyalardan faydalanaraq daha aşağı xərclə kredit ala və kart əldə edə bilərlər. 

Banker.az  həmin kampaniyalar barədə məlumatları təqdim edir.

ABB-də hər kəs üçün 11.9%-lə yaz kredit kampaniyasına start verilib. Belə ki,  35 000 manatadək olan nağd pul kreditini əmək haqqını hansı bankın kartı ilə almasından asılı olmayaraq rəsmi gəlirə malik hər bir müştəri ABB-dən cəmi 11.9%-lə,  0% komissiya ilə əldə edə bilər.  Kreditin maksimal müddəti 60 ayadəkdir. Kampaniya 15 aprelədək davam edəcək. Onlayn sifariş: https://bit.ly/3KpDY7U

 

TamKart-dan Bahar Kampaniyası - Martın 1-dən aprelin 10-a qədər yeni  TamKart kredit kartı əldə edən müştərilər nağdsız ödənişləri zamanı 30 manatadək hədiyyə qazanacaqlar. Kampaniya şərtləri belədir.  Kampaniya bütün növ TamKart kredit kartı əldə edən müştərilərə şamil olunacaq; Qazanılan hədiyyələr kampaniya bitdikdən sonra 14 iş günü ərzində müştərilərin hesabına əlavə olunacaq; Kampaniya müddətində aktiv TamKart kredit kartını yenisi ilə əvəz edən müştərilər kampaniyaya aid edilmir; Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri və nağdlaşdırma əməliyyatları kampaniya şərtlərinə aid edilmir; Ləğv edilmiş ödənişlər kampaniyada nəzərə alınmayacaq.  Ətraflı: https://abb-bank.az/az/ferdi/kampaniyalar/tamkart-dan-bahar-kampaniyasi

TamKartdan  Novruz müjdəsi”  - Kampaniya  çərçivəsində  31 mart tarixinədək şirniyyat mağazalarıkafe-restoran və marketlərdə alış-veriş edən TamKart kredit kart sahibləri 20 AZN və üzəri hər ödənişdə 2 AZN keşbek qazanacaqlar. Kampaniya müddətində bir TamKart sahibi maksimum 50 AZN keşbek əldə edə bilər. Təklif bütün TamKart kredit kartı sahiblərinə şamil olunur.Kampaniyadan yararlanmaq üçün ABB mobile "Sənə özəl"-də "Qoşul" düyməsini kliklə.  Ətraflı:  https://abb-bank.az/az/ferdi/kampaniyalar/tamkartdan-novruz-mujdesi

AccessBank yeni depozit kampaniyasına start verib. Kampaniya  müddəti ərzində bankda manatla yeni depozit yerləşdirən müştərilər illik 11%-dək gəlir əldə edəcəklər. Müddətli depozit ilə 50 manatdan başlayan istənilən məbləği 6 aydan 24 ayadək müddətə banka yerləşdirmək olar. Üstəlik, faizləri həm hər ay, həm də müddətin sonunda əldə etmək mümkündür.   Ətraflı:    https://www.accessbank.az/az/private/deposits/timed/

 

 

 

AFB Bank yazın gəlişi münasibətilə “AFB Bankda ilk kreditin” adlı yeni kampaniyasını elan edib. 15 aprelə qədər davam edəcək kampaniya müddətində AFB Bank-dan ilk dəfə nağd pul krediti alan müştərilər üçün komissiya 0% təşkil edəcək. Həmçinin, kampaniya ərzində illik faiz dərəcəsi 12.99%-dan başlayaraq 3-48 aylıq müddətə kredit sifariş etmək mümkündür.  Hər kəs, dövlət və neft, özəl sektorda işləyənlər,  eləcə də təqaüdçüsifarişçilər bu təkl ifdən faydalana bilər. Ətraflı:   www.afb.az

 

Azər Türk Bank 31 mart tarixinədək  davam edəcək kampaniya çərçivəsində 30 000 manatadək olan nağd pul kreditini , 12.5%-dən başlayan illik faiz dərəcəsiylə  və 0% komissiya ilə təklif edir.   Ətraflı:atb.az/kredit

 

Bank of Baku-ya müraciət edənlər Bahar kampaniyası çərçivəsində 30.000 AZN-dək Nağd Pul Kreditini min.12,5%-lə əldə edəcəklər. Belə ki,  kampaniya çərçivəsində kredit əldə edən müştərilər   5000 AZN kredit üçün ayda 205 yox, 125 AZN;  10.000 AZN kredit üçün ayda 355 yox, 245 AZN;  15.000 AZN üçün isə 550 AZN əvəzinə 375 AZN ödəyə biləcəklər. Onlayn  müraciət üçün link:   bit.ly/3yvlWdo

 

 Bank Respublika “Bahar müjdəsi” nağd kredit kampaniyası -  Belə ki,  aprel ayının 30-dək davam edəcək “Bahar müjdəsi” kredit kampaniyası çərçivəsində Banka müraciət edən müştərilər nağd kreditləri illik min.12%-lə və daha sərfəli şərtlərlə əldə etmək imkanı qazanacaq.  Maksimal məbləğ – 50.000 AZN; Müddət – 48 ayadək; Güzəşt müddəti – 3 ay; Zamin – tələb olunmur;  Sığorta xərci – yoxdur.  Krediti onlayn sifariş edən müştərilər, komissiyada 50% ENDİRİM əldə edəcək və kredit birbaşa qeyd edilən ünvana çatdırılacaq. Onlayn müraciət üçün link: https://rb.gy/zximrn

TuranBank  Novruza özəl “Dəstək Kampaniyası” na start verib. Kampaniya müddəti ərzində  TuranBankda “Sirlər xəzinəsi” və ya onlayn depozit yerləşdirən müştərilər illik 12%-dək gəlir əldə edəcəklər.   Ətraflı: https://www.turanbank.az/az/pages/22/830

RabitəBankda  Bahar kampaniyası  çərçivəsində 12%-dən başlayan, 30 000  manatadək nağd pul krediti əldə edərək 48 ay müddətinədək ödəyə bilərsiniz.   Ətraflı: https://rbt.az/kreditnagd

KapitalBank  nağd kredit alan hər kəsə lotareyada iştirak haqqı verir.Belə ki, 6 fevral  – 29 mart 2023-cü il tarixləri aralığında Kapital Bank-dan nağd pul krediti əldə edən müştərilər lotereya iştirakçıları olacaq;  Lotereya müddətində Kapital Bank filiallarından nağd pul krediti əldə etmiş müştərilər 1 şans, onlayn müraciət kanallarından nağd pul krediti əldə etmiş müştərilər isə 2 şans əldə edəcəklər;  Hər bir müştəri ilk 2 tirajdan yalnız birində və əlavə olaraq final tirajda iştirak edə bilər;  Lotereya bileti qismində 7 rəqəmli müştəri kodu (CIF-kod) iştirak edəcək;  Müştərinin tiraj keçirilən anda aktiv kredit öhdəliyi olmalıdır. Ətraflı: https://www.kapitalbank.az/kampaniyalar/kreditinizi-biz-odeyek-gundelik-telebat-krediti-lotereya-kampaniyasi-2023 

Unibank-da 31 martadək davam edəcək kampaniya çərçivəsində 30 000 manatadək olan Mikro biznes kreditini 3% endirimlə əldə etmək mümkündür.  Ətraflı:   https://unibank.az/az/corporatemenus/215/aqrokredit

 

 

 

  Yelobank  --  Bahar kampaniyası çərçivəsində 50 000 manatadək nağd pul kreditlərini illik cəmi 11.7%-dən başlayan faizlərlə əldə etmək mümkündür.Kampaniyanın əsas  üstün cəhətlərindən biri  isə ondan ibarətdir ki,  nağd pul kreditindən hər kəs yararlana bilər. Həm dövlət sektorlarında , həm də özəl sektorlarda çalışan müştərilər   üçün kampaniya aktivdir. Kampaniya 30 aprelədək qüvvədədir.  Onlayn  müraciət üçün link: https://bit.ly/ylkdntsg

VTB Azərbaycanda Bahar kampaniyası çərçivəsində 40 000 manatadək nağd pul kreditini müddətdə aslı olmayaraq illik 14%-dən başlayan faizlərlə, Zaminsiz və Komissiyasz əldə edə bilərsiniz. Onlayn  müraciət üçün link: https://bit.ly/3Iq5pep

 

Yapı Kredi Bank Azərbaycan” dan Novruz bayramına özəl kredit -  müddətdən asılı olmayaraq  ilk dəfə istehlak kredit üçün müraciət edən bütün müştərilərə tam 2 % endirim kampaniyasına start verilir. Kampaniya 7 aprel tarixinədək qüvvədədir.  Onlayn müraciət üçün: https://www.yapikredi.com.az/az/kredit-sifarisi

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

Müzakirə qrupuna keçid