Bankların qış kampaniyaları
Qarant.az banklarda hazırda aktiv olan kampaniyaları araşdırıb.
ABB
“TamKart ilə bayram keşbeki” - 15 yanvar 2025 tarixinədək müştərilər yeni əldə etdikləri TamKart kredit kartı ilə 20 AZN və daha yuxarı məbləğdə nağdsız ödənişlərdə əlavə 10% keşbek qazanacaqlar.
Kampaniya şərtləri belədir:
- Kampaniya yalnız yeni əldə edilmiş TamKart kredit kartlarına şamil edilir;
- Minimal əməliyyat məbləği 20 AZN-dir;
- Kampaniya çərçivəsində ləğv edilmiş əməliyyatlar nəzərə alınmır;
- Aktiv TamKart kredit kartını yenisi ilə əvəz edən müştərilər kampaniyada iştirak etmir.
“Sərfəli depozit kampaniyası” müddətində ABB-də DigiDeposit və ya Klassik əmanət məhsulları üzrə vəsait yerləşdirən müştərilər 12%-ə qədər faiz qazancı əldə edəcəklər. Kampaniya şərtləri yalnız AZN-lə yerləşdirilən depozitlər üçün keçərlidir. Kampaniya 15 yanvar 2025-ci ilədək davam edəcək.
“Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al” - Belə ki, ABB Biz tətbiqində yeni qeydiyyatdan keçib Mobil POS-dan istifadə etməyə başlayan müştərilər illik 9%-dən başlayan illik faiz dərəcəsi ilə 20 000 manatadək kredit ala bilərlər.
Kampaniyanın şərtləri:
- Məbləğ – 20 000 manatadək
- Müddət – 48 ayadək
- Faiz dərəcəsi – 9%-dən başlayaraq
- Zaminsiz, girovsuz, komissiyasız
- FİFD – 9% - 20%
Bank of Baku
Nağd pul krediti kampaniyası- Belə ki, kampaniya şərtləri daxilində siz krediti illik 9,9% və komissiyasız əldə edə bilərsiniz.
Bank BTB
Bankda 2 kampaniya mövcuddur.
“Əmanət kampaniyası” – kampaniya çərçivəsində vəsaiti 12-17 ayadək yerləşdirdikdə aylıq 11%, müddətin sonunda 11,5%, vəsaiti 18-24 ayadək yerləşdirdikdə aylıq 11,5%, müddətin sonunda isə 12% gəlir əldə edəcəksiniz. Kampaniya 31 dekabr 2024-cü il tarixinədək davam edəcək.
“Sehrli qış” kampaniyası - Belə ki, müştərilər öz qızıl zinət əşyalarını Banka gətirməklə 100 000 AZN-dək lombard kreditini cari illik faiz dərəcəsinə 2%-dək güzəşt alaraq rəsmiləşdirmə və nağdlaşdırma komissiyası 0% olmaqla əldə edə biləcəklər. Kreditin müddəti 48 ayadək təyin edilib.
Kampaniya 29 dekabr 2024-cü il tarixinədək qüvvədədir.
Bank Respublika
"2025-ci il üçün 25% endirim” - Kampaniya çərçivəsində Bank Respublika-da istənilən pərakəndə bank məhsulunu əldə edən fiziki şəxslər, ikinci məhsul və ya xidmət üzrə 25% endirim əldə edə biləcəklər.
Qeyd edək ki, kampaniya 10 yanvar 2025-ci il tarixinədək davam edəcək.
Rabitəbank
Bankda hazırda bir neçə aktiv kampaniya var.
"Yeni il möcüzəsi" - Bank Universal əmanət məhsulu üzrə "Yeni il möcüzəsi" kampaniyasına start verib. Kampaniya 31.01.2025-cu il tarixinədək davam edəcək.Faizlər
Digər kampaniya isə nağd kreditlər üçündür:
- İllik faiz dərəcəsi: 10.5%-dən
- Məbləğ: 30 000 AZN-dək
- Kreditin müddəti: 48 ayadək
- 0% komissiya
Expressbank
“Böyük endirim” kampaniyası üzrə həm komissiyasız, həm endirimli nağd istehlak krediti üzrə müraciət edə bilərsiniz. Kampaniya şərtlərinə əsasən Banka ilk dəfə müraciət edən və ad günü olan müştərilərə nağd istehlak krediti komissiyasız olacaq və əlavə olaraq illik faiz dərəcəsinə 5% endirim tətbiq olunacaq.
Accessbank
Bank Yeni il ərəfəsində övladınızı sevindirmək üçün əla fürsət yaradıb. Belə ki, AccessBank-ın uşaq və yeniyetmələrə özəl bank kartı – myCard Junior-u ilin sonuna kimi 50% endirimlə əldə edə bilərsiniz.
Kapital Bank
Depozit kampaniyası –çərçivəsində bankda manat valyutasında depozit yerləşdirən hər kəs illik 11%-dək gəlir əldə edəcək.
Kampaniya 15 yanvar 2025-ci ilədək keçərlidir.
PAŞA Bank
Bankda hazırda bir neçə kampaniya mövcuddur:
Kampaniya çərçivəsində PAŞA Bank-da heç bir ödəniş etmədən onlayn biznes hesabı açıb bol hədiyyələrdən faydalanmaq şansınız var:
- “Tarifim” ilə 1 000 000 AZN-dək komissiyasız ölkədaxili köçürmələr;
- 300 000 AZN-dək komissiyasız əməkhaqqı köçürmələri;
- 200-dək pulsuz maaş kartı;
- 1 ədəd pulsuz biznes kartı.
Kampaniyadan 30.12.2024-cü ilədək faydalana bilərsiniz.
Növbəti kampaniya bank qarantiyalarına endirimdir. Belə ki, indi bank qarantiyalarını 80% endirimlə əldə edə bilərsiniz. 31 dekabr 2024-cü ilədək qarantiyaları minimal sənəd tələbi və endirimli qiymətlərlə sifariş edin:
- Tender qarantiya (nağd vəsait ilə) 20 AZN;
- Ekspress-tender 30 AZN;
- Ekspress-icra və avans 40 AZN.
“Qışın sehri” kampaniyası çərçivəsində
- Onlayn biznes kreditində illik faiz dərəcəsinə 1%, komissiyaya 25% endirim;
- Ticarət kredit xəttində komissiyaya 50% endirim;
- Faktorinq kreditində 0% komissiya.
Təkliflər 30.12.2024-cü il tarixinədək keçərlidir.
Xalq Bankda hazırda iki kampaniya mövcuddur.
1.Visa Infinite kartlarında kampaniyaya əsasən 5 fevraladək Visa Infinite premium kartını xidmət haqqına və ya ilkin mədaxil məbləğinə 50% endirimlə əldə edərək, dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla faydalanmaq mümkündür.
- 1 illik – 100 AZN xidmət haqqı ödəyərək və ya 7 500 AZN/ 5 000 USD/EUR/GBP ilkin ödənişlə,
- 2 illik - 150 AZN xidmət haqqı ödəyərək və ya 10 000 AZN/ 7 500 USD/EUR/GBP ilkin ödənişlə,
- 3 illik - 200 AZN xidmət haqqı və ya 12 500 AZN/ 10 000 USD/EUR/GBP ilkin ödənişlə.
2. XalqKartlarda davam edən kampaniya çərçivəsində 31 yanvaradək XalqKart Petrol kartını 10 AZN xidmət haqqı ödəməklə və ya 50 AZN ilkin mədaxillə, XalqKart Cashback kartını isə 10 AZN xidmət haqqı ödəməklə və ya 100 AZN ilkin mədaxil etməklə əldə etmək mümkündür. Kampaniyada yalnız AZN valyutalı kartlara endirim tətbiq edilir.