Gözləyin...

Bankların "qızıl" kartları

Məqalələr 4 April 2024

Banker.az bankların   Gold kart məhsullarını araşdırıb. 

ABB – TamKart Gold ön tərəfi debet, arxa tərəfi isə kredit kartıdır. Ödəniş kartının valyutasına uyğun olaraq 2 000 AZN/USD/EUR mədaxil edildikdə pulsuz təqdim ediləcəkdir. Kartdakı vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə  illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir. “Faydalı kəşbek”-dən seçdiyiniz kateqoriyadan aslı olaraq 1%-dən 10%-dək kəşbek qazana bilərsiniz.

AFB Bankda Visa Gold 1, 2, 3  il müddətinə verilə bilər. Qiyməti 1 illik 30 AZN, 2 illik 50 AZN, 3 illik 70 AZN-dir.

BTB Bankda  Visa Gold 1, 2, 3 il müddətinə verilə bilər. Qiyməti  1illik 20 AZN, 25 AZN,  3 illik 30 AZN-dir. 

ASB Bankda Visa Gold  3 illikdir. Kartın qiyməti 20 AZN-dir.

Bank of Baku Bolkart  Gold kartını   ilkin 500 AZN mədaxillə  pulsuz əldə edə bilərsiniz. Müddəti 3 ildir.  Bolkart hesablarında olan və 100 AZN-dən az olmayan qalığa illik 7%-dək dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir.

Bank Respublika Visa Gold Həm debet, həm kredit kartıdır. Visa Gold kartlarını  1, 2, 3 il müddətində ilkin 1000 AZN mədaxil, 5 illik kartı isə 2000 AZN ilkin  mədaxillə pulsuz əldə edə bilərsiniz.

TuranBank Universal Gold kartları bütün filiallarda hesaba - 1000 AZN/USD/EUR mədaxil əsasında yalnız 1 il müddətinə ödənişsiz verilə bilər. TuranBankda 30 000AZN/EUR/USD məbləğindən artıq əmanət yerləşdirən müştəriyə pulsuz verilə bilər Qeyd: Bir müştərinin TuranBankda ümumilikdə yalnız 1 (bir) Universal Gold Debit kartı ola bilər.

XalqBank Visa Gold kartları   Bakı/Sumqayıt filiallarında  ilkin 500 AZN, digər filiallarda isə 250 AZN ilkin mədaxillə pulsuzdur.