Bankların SMS xəbərdarlıq xidmətlərinin qiymətləri -Siyahı
SMS banking mobil bankçılıq formasıdır. Bu, bəzi banklar və ya digər maliyyə institutları tərəfindən SMS mesajlaşmadan istifadə edərək müştərilərin mobil telefonlarına mesajlar (həmçinin bildirişlər və ya xəbərdarlıqlar) göndərmək üçün istifadə edilən vasitə və ya müştərilərə SMS vasitəsilə bəzi maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən xidmətdir.
Xidmət bir neçə yolla aktivləşdirilə bilər : bankın qaynar xəttinə zəng etməklə, bankomat vasitəsilə və bankın filialına yaxınlaşmaqla. Bəzi banklarda bunu aktivləşdirmək üçün xidmət haqqı ödəməlisiniz. Bəzi hallarda, banklar bu bildirişləri müştərinin müraciəti olmadan, kartı əldə etdiyi andan etibarən aktivləşdirir. Adətən, əməkhaqqı kartlarında bu funksiyanı bank özü əvvəlcədən aktiv edir və ya bu növ kartlar üçün heç bir xidmət haqqı tutmur.
Banker.az bankların SMS məlumatlandırma xidmətinin tariflərini araşdırıb.
*ABB Tamkart debet kartları üçün SMS bildiriş xidməti pulsuzdur.
*Yelo Premium debet kartlarında SMS bildiriş xidməti pulsuzdur.
*Bank of Bakuda xidmət haqqı birdəfəlik ödənilir və kartın müddəti bitənədək qüvvədədir.
*Naxçıvan Bankda xidmət haqqı bir illik ödənilir.
* Yapı Kredi Bank Worldcardda iki növ sms xəbərdarlıq mövcuddur. Worldcard da iki növ sms bildiriş xidməti mövcuddur. Borc haqda məlumat göndərildiyi zaman aylıq 0.50 AZN , kart vasitəsi ilə edilən bütün əməliyyatların sms xəbərdarlıqı isə aylıq 1 AZN təşkil edir.
* Bank Respublikada Neokart debet kartları üçün xidmət haqqı pulsuz, digər debet kartlar üçün isə 0.99 AZN təşkil edir.
Bank | Xidmət haqqı |
ABB | 0.40 AZN |
AccessBank | pulsuz |
AFB | 0.95 AZN |
ASB | pulsuz |
Azər Türk Bank | pulsuz |
Bank BTB | 1.30 AZN |
Bank of Baku | 5 AZN |
Bank Respublika | pulsuz |
ExpressBank | pulsuz |
Günay Bank | 0.10 AZN |
Kapital Bank | pulsuz |
MuğanBank | pulsuz |
Naxçıvan Bank | 15 AZN |
Paşa Bank | 1 AZN |
Premium Bank | 0.90 AZN |
Rabitəbank | 1 AZN |