Gözləyin...

Bankların SMS xəbərdarlıq xidmətlərinin qiymətləri -Siyahı

Bank xəbərləri 12 September 2022

SMS banking  mobil bankçılıq formasıdır. Bu, bəzi banklar və ya digər maliyyə institutları tərəfindən SMS mesajlaşmadan istifadə edərək müştərilərin mobil telefonlarına mesajlar (həmçinin bildirişlər və ya xəbərdarlıqlar) göndərmək üçün istifadə edilən vasitə və ya müştərilərə SMS vasitəsilə bəzi maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən xidmətdir.


Xidmət  bir neçə yolla aktivləşdirilə  bilər : bankın qaynar xəttinə zəng etməklə, bankomat vasitəsilə və bankın filialına yaxınlaşmaqla. Bəzi banklarda bunu aktivləşdirmək üçün xidmət haqqı ödəməlisiniz. Bəzi hallarda, banklar bu bildirişləri müştərinin müraciəti olmadan, kartı əldə etdiyi andan etibarən aktivləşdirir. Adətən, əməkhaqqı kartlarında bu funksiyanı bank özü əvvəlcədən aktiv edir və ya bu növ kartlar üçün heç bir xidmət haqqı tutmur.


Banker.az  bankların  SMS məlumatlandırma xidmətinin tariflərini araşdırıb.


*ABB Tamkart  debet kartları üçün SMS bildiriş  xidməti pulsuzdur.

*Yelo Premium  debet kartlarında  SMS  bildiriş xidməti  pulsuzdur.

*Bank of Bakuda  xidmət haqqı birdəfəlik ödənilir və kartın müddəti bitənədək qüvvədədir.

*Naxçıvan Bankda  xidmət haqqı bir illik ödənilir.

* Yapı Kredi Bank  Worldcardda iki növ sms xəbərdarlıq mövcuddur. Worldcarddan mədaxil yaxud məxaric etdiyiniz zaman göndərilən sms xəbərdarlıq aylıq 1 AZN təşkil edir. Aylıq borc hesab bildirişi haqqında sms xəbərdarlıq isə 0.50AZN təşkil edir. Pulkartın sms xəbərdarlıq xidməti 6 aylıq 5 AZN, 12 aylıq isə 10 AZN tətbiq olunur. xidməti 6 aylıq 5 AZN, 12 aylıq isə 10 AZN tətbiq olunur. 

* Bank Respublikada Neokart debet kartları üçün xidmət haqqı pulsuz, digər  debet kartlar üçün isə 0.99 AZN təşkil edir.