Gözləyin...

Bankların xarici öhdəlikləri son iki ilin maksimumuna yüksəlib

Bank xəbərləri 27 July 2022

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi artıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumatda deyilir ki, 2022-ci ilin iyun ayında bankların xarici öhdəlikləri 1 milyard 581.1 milyon manat olub. Bu da 2020-ci ilin mayından bu tərəfə maksimum göstəricidir.

Bu da aylıq müqayisədə 6.6 faiz artma dinamikasıdır.

Bankların analitik balansına görə, xarici aktivlərinin həcmi 6 milyard 656.7 milyon manat olmuş, 8 milyard 759.5 milyon manatı məcmu aktivlər təşkil edib.