Gözləyin...

Bankların yay kampaniyaları-2022

Bank xəbərləri 18 July 2022

Ölkəmizdə bankların demək olar ki, əksəriyyəti kampaniya və aksiyalardan geniş istifadə edirlər. Banker.az  sizə ölkəmizdə fəaliyyət göstərən bankların cari kampaniyalarını təqdim edir.

ABB-də “American Express” kartlarında böyük endirimlər. Azərbaycanda “American Express” beynəlxalq ödəniş sisteminin yeganə tərəfdaşı  olan ABB AMEX kartlarına sahib olmaq istəyənlər üçün gözəl bir imkan yaradıb. . Belə ki, kampaniya müddətində 3 illik AMEX Express Green kartını 120 manat əvəzinə cəmi 30 manata, AMEX Gold kartını isə 300 manat əvəzinə cəmi 150 manata almaq olar. Kampaniya müddətində AMEX Green kartı cəmi 100 manat və ya 100 ABŞ dolları mədaxillə müştərilərə pulsuz təklif edilir.  AMEX Gold kartını isə 500 manat və ya 500 ABŞ dolları mədaxillə pulsuz almaq mümkündür. AMEX kartlarını endirimlə ABB-nin bütün filial və şöbələrindən ala, eləcə də onlayn qaydada sifariş verə bilərsiniz. Hesaba mədaxillə pulsuz AMEX kartlarını isə ABB-nin bütün filial və şöbələrindən almaq mümkündür. Kampaniya  iyulun 21-ə qədər davam edəcək.

Access Bankdan polis əməkdaşları üçün “Nağd kredit” kampaniyası .Kampaniya 31 iyuladək davam edir. Belə ki, polis əməkdaşları Access Banka müraciət edərək, 20 000 AZN-dək  nağd krediti illik 19%-dən başlayaraq  faiz dərəcəsi ilə götürə bilərlər. Kreditin müddəti 6 aydan 36 ayadəkdəkdir.


AFB Bankda “ Yayın nağd olsun”  kampaniyası.  01.09.2022-ci ilədək davam edəcək kampaniya müddətində siz  300 AZN-dən başlayan maksimum 30 000 AZN-dək məbləğində nağd krediti illik 13.99% dərəcəsi ilə əldə edə bilərsiniz.Kreditin  müddəti 3 aydan 48 ayadəkdir.


Azər Türk Bankdan  13%-dən başlayan kredit kampaniyası.  Belə ki, siz 30 000 AZN-dək  istehlak  kreditini  13%-dən başlayan  faiz dərəcəsi ilə əldə edə bilərsiniz. Kampaniya çərçivəsində faiz dərəcələri: 3-12 ayadək-13%, 13-24 ayadək-14%, 25-36 ayadək-15%, 37-48 ayadək-16%.  Kredit üzrə kampaniya 30 iyul tarixinədək davam edəcək.


Bank of Baku da təhsil  və ya tibb   sahəsində çalışanlar üçün özəl təklif.  Kreditinizi yayda endirimli faizlə alıb, payızda ödəmək  şansı əldə edin. Belə ki,  Bank of Bakuda 30 000 AZN-dək nağd krediti 3% endirimlə, 3 ay güzəşt müddəti ilə əldə edə  bilərsiniz.


Bank  Respublikadan  mikro kredit faizlərində 30%-lik  endirim. Belə ki, kampaniya çərçivəsində Bank Respublikaya müraciət edən iş adamları, mikro və aqro kredit faizlərində 30% endirim əldə edə biləcək. 50 000 AZN-dək krediti  min. 10%-dən  başlayaraq illik faiz dərəcəsi ilə ,  9 ayadək güzəşt müddəti ilə əldə edə bilərsiniz. Kreditin müddəti  36 ayadəkdir, zamin tələb olunmur. Kampaniya  avqustun 1-dək davam edəcək.


Express Bankdan nağd  pul krediti. Belə ki, 30 000 AZN-dək nağd krediti 2 ay güzəşt müddəti ilə , komissiyasız əldə edə bilərsiniz.

Kapital Bankda BirKart-dan Bolt gedişlərinə 30% endirim. Kampaniya çərçivəsində BirKart Visa kart sahibləri Bolt şirkətinin taksi xidmətlərindən istifadə etməklə 30% endirim əldə etmək mümkün olacaq. Kampaniyadan yararlanmaq üçün istənilən BirKart Visa kartları ilə (taksit və ya debet) Bolt taksilərində endirimli təklif olunan qiyməti seçərək nağdsız ödəniş etmək lazımdır. Bu zaman ödəniş üçün minimal və ya maksimal məbləğ tələbi yoxdur. Qeyd edək ki, endirim yalnız komfort taksilərinə tətbiq olunur, Apple Pay ödənişləri isə kampaniyada iştirak etmir. 31 iyul 2022-ci il tarixinədək davam edəcək aksiyadan BirKart sahibləri istədikləri sayda istifadə edə bilərlər.

BİRBANK KARTLARI İLƏ WOLT AZƏRBAYCAN-DAN 10+10% KEŞBEK KAMPANİYASI. Kampaniya müddətində istənilən Birbank Visa kartları ilə Wolt tətbiqində minimum 20 AZN dəyərində etdiyin hər sifarişdə, həm Birbank-dan 10% keşbek, həm də Wolt-dan 10% keşbek (Wolt balansına) qazana bilərsiniz.  Kampaniyadan bütün növ Birbank Visa debet və taksit kart sahibləri yararlana bilərlər.

- Kampaniyada çərçivəsində edilmiş sifariş məbləğinin 10%-i müştərinin Birbank hesabında keşbek bölməsinə, 10%-i isə Wolt hesabınıza qayıdacaq. 

- Birbank tətbiqinə qayıtmış keşbek məbləğinə mobil tətbiqdə Birbank - Bonuslar - Cashback hissəsindən nəzarət etmək olar. 

- Wolt hesabına qayıtmış məbləğ növbəti sifariş zamanı avtomatik olaraq endirim kimi istifadə olunacaq. Bu məbləğin istifadə müddəti 14 gündür.

- Həm Birbank, həm də Wolt-da keşbek qazanmaq üçün yalnız "çatdırılma" xidmətindən istifadə etmək lazımdır. "Götürülmə" xidmətindən istifadə etdikdə yalnız Birbank-dan keşbek qazanmaq mümkündür.

- Bundan əlavə Birbank-da yaradılan Visa Digital kartlarla ödəniş etdikdə də Wolt-dan 10% keşbek təqdim olunacaq.

- Kampaniyadan yararlanmaq üçün say limiti yoxdur. Birbank Visa kartları ilə hər müştəri 20 AZN və üzəri istənilən sayda çatdırılma sifarişləri ilə kampaniyadan yararlana bilər. Kampaniya 31 iyuladək dvam edəcək.

Naxçıvan Bankda nağd pul kredit kampaniyası.  31 avqustadək 35 000 AZN-dək krediti min 14%-lə əldə edə bilərsiniz. Kreditin müddəti 48 ayadəkdir. Kampaniya çərçivəsində faiz dərəcələri: 6-12 ayadək -14%,  13-24 ayadək- 15%,  25-36 ayadək-16%, 37-48 ayadək -17%.  Yeni müştərilər üçün 15 000  AZN-dək  zaminsiz kredit əldə etmək imkanı var.


Rabitə Bankdan  Lombard krediti üzrə  “Ad günü kampaniyası. 29 iyuladək davam edəcək kampaniya çərçivəsində siz  300 AZN-dən 20 000 AZN-dək krediti maksimum 36 ay müddətinə,  əldə edə bilərsiniz. Kreditin məbləği  2 000-dək olduqda 1% -1.5%,    2001-5000 AZN olduqda 2%-2.5%, 5000 AZN-dən yuxarı olduqda 3%-3.5% endirim tətbiq olunacaq.


Xalq Bank  Dövlət strukturlarında və bank sektorunda çalışan əməkdaşlar üçün illik cəmi 12%-lə , 15 000AZN-dək zaminsiz,  30 000 AZN-dək zaminlə, 48 ayadək müddətdə   nağd kredit təklif edir. Kampaniya 31 dekabr tarixinədək  qüvvədədir.


Yapı Kredi Bankda fiziki  şəxslər üçün  istehlak kredit faizlərində endirim. Kampaniya  çərçivəsində 13%-dən başlayan kredit faizlərindən yararlana bilərsiniz. Faiz dərəcələri 12 ay üçün - 13%,   24 ay üçün - 14%,  36 ay üçün - 15%. Kampaniyaya yeni və ya təkrar kredit götürən fiziki şəxs müştərilərə şamil edilir. Kampaniya , 31 avqust 2022-ci ilədək qüvvədədir.


Yelo Bankda 30 000 AZN-dək onlayn kredit. Kampaniya çərçivəsində hər kəs 30 000 AZN-dək krediti 13% -dən başlayan faizlərlə əldə edə bilər. Krediti onlayn sifariş edərək illik faiz dərəcəsində 1% əlavə endirim əldə etmək mümkündür.    Yelo App vasitəsilə kreditin müraciəti, rəsmiləşdirilməsi və əldə edilməsi Banka gəlmədən tam onlayn qaydada baş verir. Avtomatlaşdırılmış skorinq xidməti sayəsində kredit üzrə qərar insan faktoru olmadan 2 dəqiqə ərzində verilir. Kredit vəsaiti kart ilə ünvana çatdırılır.