Gözləyin...

Bankların "Yeni il" kampaniyaları - Hansı güzəştlər olacaq?

Bank xəbərləri 20 December 2022

2022-ci ilin son ayında bir çox banklar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kampaniyalara start veriblər. 

Banker.az belə kampaniyalar elan edən bankları araşdırıb və sizə təqdim edir. 

ABB-də  Yeni İl Kampaniyası çərçivəsində 35 000 manatadək nağd pul kreditini 11.9%-dən başlayan illik faiz dərəcəsi ilə , 60 ayadək müddətdə, 0% komissiya ilə  və zaminsiz əldə edə bilərsiniz.


TamKart-dan Yeni il kampaniyası. ABB-nin start verdiyi yeni kampaniya müddətində TamKart kredit kartı sahibləri və kampaniya müddətində TamKart kredit kartı əldə edən müştərilər 16.01.2023 tarixinədək nağdsız ödənişlərində 23 AZN  qazanacaqlar. Belə ki,  Kampaniya müddətində TamKart kredit kartı əldə edən və ya aktiv TamKart kredit kartı olan müştərilər 19.12.2022-16.01.2023 tarixlərində (qeyd olunan tarixlər daxil) 20 AZN və ya üzəri məbləğdə olan 5 və ya daha artıq alış-veriş (onlayn , taksit və birdəfəlik ödənişlərinin) edərsə 23 AZN hədiyyə qazanacaqlar. Kampaniya çərçivəsində qazanılacaq məbləğlər 16.01.2023 tarixindən ( kampaniya istifadəsi üçün verilən müddət tam bitdikdən sonra) 15 iş günü ərzində müştərilərin kart hesabına əlavə olunacaq.

AccessBankda  dövlət işçiləri üçün nəzərdə tutulmuş nağd kredit kampaniyasına start verilir. Kampaniya çərçivəsində  dövlət işçiləri əmək haqlarından asılı olaraq, 40.000 manatadək nağd krediti illik 13%-dən başlayan faiz dərəcəsi ilə və komissiyasız əldə edə bilərlər.  Qeyd edək ki, kreditin müddəti  6 aydan 48 ayadəkdir.



Azər Türk Bank  Yeni il münasibətilə müştərilər üçün sərfəli şərtlərlə istehlak kreditləri təklif edir.   Belə ki,  30 000 manatadək olan nağd pul kreditini illik 12.5%-dən başlayan illik faiz dərəcəsi ilə,  3 aydan 48 ayadək müddətdə  əldə etmək mümkündür.  3  aydan 12 ayadək müddətdə götürülən kreditlərdə komissiya haqqı 0%, 13 aydan 24 ayadək 1% (min. 50 AZN),  25 aydan 36 ayadək 2% (min. 50 AZN),  37 aydan 48 ayadək 2.5% (min. 50 AZN) –dir. Zaminsiz kredit məbləği 15 000 manatadəkdir. Qeyd edək ki, kampaniya 14 yanvaradək davam edəcək


Bank "BTB" 

Bank BTB  “Yeni İl Fürsəti” kampaniyası çərçivəsində , 30 000 manatadək nağd pul krediti və bizneslə məşğul olan müştərilərə bizneslərini genişləndirmək üçün 1 000 000 manatadək Biznes krediti təklif edir.  Qeyd edək ki,  30 000 manatadək nağd pul kreditini illik 12.99%-lə, 48 ayadək müddətdə və 0% komissiya ilə əldə edə bilərsiniz. Biznes kreditlərini isə illik 13.99%-dən başlayan, 36 ayadək müddətdə, Min. 0 % komissiya ilə əldə edə bilərsiniz.


Bank of Bakuda Yeni il ilə əlaqədar 30 000 manatadək nağd pul kreditini  1 ilə - 12.5% , 2 ilə - 13.5% , 3 ilə - 14.5%, 4 ilə - 16.5%-lə, maksimal 48 ayadək müddətdə,  1% (minimum 20 AZN) -dən başlayan komissiya ilə əldə edə bilərsiniz.


Bank Respublika  

Bank Respublika  Yeni il ilə əlaqədar bir neçə kampaniya həyata keçirir. 

“13 nəhs deyil, səs gətirəcək” kredit kampaniyası çərçivəsində  Bank Respublikaya müraciət edən istənilən peşə sahibləri nağd istehlak kreditlərini minimum 13%-lə əldə etmək imkanı qazanacaq. Bank Respublikaya müraciət edən müştərilər  maksimal müddəti 48 ay olan, 50 000  manatadək kreditləri heç bir sığorta haqq olmadan və  zaminsiz əldə edə biləcəklər. Krediti onlayn sifariş edən müştərilər isə komissiyada 50% endirimlə əldə edəcək. Bundan başqa nağd kredit üçün banka getməyə ehtiac qalmayacaq, çünki Bank Respublikada nağd kredit sifariş etdiyiniz zaman kredit evinizə çatdırılacaq. Qeyd edək ki, kampaniya 31.12.2022  tarixinə qədər qüvvədədir.


Bundan başqa 2023-cü ilin fevralın 15-nə qədər davam edəcək yeni kampaniya çərçivəsində “NeoKart Visa” kartını əldə edən müştərilər 2 qat “Xoş Gəldin” bonusu, eləcə də ödənişlərini “NeoKart Visa” ilə etdikdə 2 qat “NeoBonus”lar qazanacaq!  “NeoKart” debet kartı 3 valyutada (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Kartın iki növü var: “NeoKart Standard” və “NeoKart Premium”. Bankın ATM şəbəkəsində kartdan nağdlaşdırma üzrə komissiya 0% təşkil edir. Həmçinin, ölkəmizin digər banklarının ATM şəbəkəsində də komissiyasız nağdlaşdırma imkanı var. Bundan başqa, NeoKart sahibləri güzəşt müddəti 45 gün olan 15.000 AZN-dək kredit xətti də əldə edə bilərlər.


"Biznesə 10 fürsət" kampaniyası çərçivəsində isə, sahibkarlar Mikro Kreditləri min.10%-lə götürüb 10 ENDİRİM əldə etmək imkanı qazanacaq. Belə ki, dekabr ayının 31-dək davam edəcək kampaniya çərçivəsində “Bank Respublika”ya müraciət edən iş adamları, mikro və aqro kreditləri illik min. 10%-lə və 10 güzəştlə əldə etmək fürsəti qazanacaq: 

• Kredit faizi – 30% endirim; 

• 12 ayadək güzəşt müddəti; 

• Zaminsiz kredit götürmək imkanı; 

• Komissiyasız kredit götürmə imkanı; 

• Tranşla kredit götürmə imkanı ; 

• Kredit xətti açılması imkanı; 

• Sərbəst ödəniş qrafiki; 

• Sığorta tələbi yox; 

• Qiymətləndirmə xərci yox; 

• NeoKart Standard kartı - 50% endirimlə. 

Kreditin maksimal məbləği 50.000 manat, müddət 36 ay təşkil edir. Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.


Naxçıvanbankda 31 Dekabr tarixinədək qüvvədə olacaq kampaniyada 35 000 manatdək nağd pul kreditini 14%-dən  başlayaraq illik faiz dərəcəsi ilə,  maksimal 48 ayadək müddətdə, 0% komissiya ilə əldə edə bilərsiniz.


Kapital Bankda  kampaniya müddətində illik faiz dərəcəsi: 12.5%-dən başlayaraq;  Kreditin maksimal məbləği: 30 000 AZN;  Kreditin maksimal müddəti: 59 ay; Yalnız onlayn rəsmiləşdirilən kreditlərə nağdlaşdırma komissiyası 0%;  Sığorta haqqı: 0%;  Kampaniya 6 yanvar 2023-cü il tarixinədək keçərlidir.


Pasha Bankda 15 dekabrdan başlayaraq onlayn biznes kreditinə müraciət edənlər  birdəfəlik komissiyaya 25% və ya illik faiz dərəcəsinə endirim  əldə edəcəklər.  Qeyd edək ki,   250 000 manatadək olan   onlayn biznes kreditini  12%-dən başlayan illik faiz dərəcəsi ilə əldə etmək mümkündür. Kampaniya 31.12.2022 tarixinədək qüvvədədir.


Rabitə Bankda  31 dekabr tarixinədək keçərli olan kampaniyadan 30 000 AZN-dək nağd pul kreditini 12% ilə, 48 ayadək müddət, 0% komissiya ilə əldə edə bilərsiniz. Qeyd edək ki, Rabitəbankın təklif etdiyi kampaniyadan yararlanan bütün müştərilərə Yaşıl Kartmane Kredit kartı (Visa Rewards/MC World) 1 illik hədiyyə veriləcək.


Kartmane Debet kartı istifadəçilərinə yeni ilin ilk hədiyyəsi. 19.12.2022-31.12.2022 arasında sifariş edəcəyiniz kartın 01.01.2023-31.01.2023-ci il aralığında qazandıracağı keşbekə 23% keşbek əlavə olunacaq.(23 AZN-dək) 

Həmçinin 01.01.2023-31.01.2023 il arasında sifariş edəcəyiniz  kartın 01.02.2023-28.02.2023-ci il aralığında qazandıracağı keşbekə 23% əlavə ediləcək.(23 AZN-dək) 

Keşbek 1, Keşbek 2, Keşbek 3, Xarici valyuta növlərində hesablanacaq maksimum bal- 23 bal (1bal=1AZN/USD/EUR); 

Keşbek 4 növü üzrə hesablanacaq maksimum bal-1150 bal; 

 Keşbek 5 növü üzrə hesablanacaq maksimum mil-1150 mil. 

01.01.2023-31.01.2023 arasında qazanılan əlavə keşbek 10.02.2023-ci ilə qədər, 01.02.2023-28.02.2023 arasında qazanılmış əlavə keşbek isə 31.01.2023-ci il tarixinə qədər hesabınıza əlavə ediləcək.


Expressbankda hər kəs  üçün nağd kredit kampaniyası çərçivəsində 50 000 manatadək nağd pul kreditini illik minimum 12%-lə, 60 ayadək müddətdə, komissiyasız əldə etmək mümkündür. Həmçinin kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD və ya Platinum kredit kartı hədiyyə olunacaq. İstehlakçı kredit müddətini 12 ayadək seçdiyi zaman illik 12% ilə komissiyasız nağd pul kreditini əldə edə bilər. 

Kredit müddəti 12 aydan yuxarı olduğu zaman illik faiz dərəcəsi və komisyon faizi kredit müddətinə görə müəyyənləşir.


Turan Bank 5 dekabr tarixindən etibarən İstehlak kreditləri üzrə “Yeni il kampaniyası”na start verilir. Kampaniya 16 yanvar 2023-cü il tarixinədək davam edəcək və aşağıdakı şərtləri əhatə edir: 

  

• İndi əməkhaqqı alan HƏR KƏS illik 12,5%-lə nağd kredit əldə etmək imkanı qazanır! 

• Həmçinin 50 000 AZN-dək nağd pul kreditini 48 ayadək əldə etmək mümkündür.  

• Kampaniya müddətində əməkhaqqının 10 mislinədək zaminsiz kredit təklif olunur. 

• Üstəlik krediti onlayn sifariş edən şəxslər 0,5% endirim əldə edəcəklər!


VTB Bank Azərbaycan  Yeni il üçün 0% komissiya ilə mikro kreditlər təklif edir. Belə ki, girovsuz, zaminsiz 10 000 manatadək , maksimal 50 000 manatadək  olan Biznes kreditini  18%-dən başlayan faiz dərəcəsi ilə əldə edərək , 36 ayadək müddətdə ödəyə bilərsiniz. 7000 manatdan 10 000 manatadək  məbləğlərdə rəsmi gəliri olan zamin tələb olunur. Qeyd edək ki, kampaniya 31.01.2023 tarixinədək qüvvədədir.


“Yapı Kredi Bank Azərbaycan”-da 12%-dən başlayan sərfəli istehlak krediti təklif  olunur. Belə ki, əməkhaqqnı Yapı Kredi Bankdan alan  fiziki şəxslər minimal 300 manatdan başlayan nağd krediti, illik 12%-dən başlayan illik faiz dərəcəsi ilə, maksimal  59 ayadək müddətdə, girov və zamin tələbi olmadan əldə edə bilərlər.


Yelo Bankda hazırda 50.000 manatadək nağd kreditlər 13%-dən başlayaraq,  48 ayadək müddətdə  təqdim olunur. Faiz dərəcəsi və kreditin məbləği rəsmi gəlir, kredit tarixçəsi, müddətdən və hazırda mövcud olan öhdəliklərdən asılı olaraq dəyişə bilər.  Üstəlik, vəsaiti kartla olduğunuz yerə çatdırılır.



Müzakirə qrupuna keçid