Bazar günü hansı banklar işləyir?
Bank xəbərləri
21 December 2022
İşləyən insanlar üçün iş günləri bank tapşırıqlarını yerinə yetirmək və digər əməliyyatlar etmək çətin olur. Buna görə xidmət sahəsinin, xüsusilə də, bank sektorunun həftə sonları fəaliyyət göstərməsi əhəmiyyətlidir.
Banklar, adətən, həftənin beş günü 09:00-18:00 arasında fəaliyyət göstərirlər.Xoşbəxtlikdən bəzi banklar həftə sonları da fəaliyyət göstərir və bu, boş olduğunuz zaman bank əməliyyatlarınızı həyata keçirməyə imkan verir.
Banker.az şənbə günləri işləyən bankları və iş saatlarını araşdırıb.
Bank | Filial | İş saatı | Ünvan |
Kapital Bank | Bravo 1 | 10:00 – 19:00 | Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 4 |
Bravo 2 | 10:00 – 19:00 | Bakı şəh., Nəsimi rayonu, Tbilisi prospekti, məhəllə 3007 (20 Yanvar Bravo hipermarketinin daxilində) | |
Bravo 3 | 10:00 – 19:00 | Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 | |
Bravo 4 | 10:00 – 19:00 | Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 5 | |
Gənclik Mall | 10:00 – 19:00 | Bakı şəh., şəhəri, Fətəli Xan Xoyski pr., Gənclik Mall ticarət mərkəzinin -1 mərtəbəsi | |
Sahil | 10:00 – 19:00 | Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 18A |