Birbank Biznes sahibkarlara sərəncam ödənişlərini mobil tətbiqdən etmək imkanı yaradır
Birbank Biznes sahibkarlara sərəncam ödənişlərini mobil tətbiqdən etmək imkanı yaradır. Bu funksionallıq sahibkarlara hesablarına daxil olan sərəncamları filiala getmədən, vaxt itirmədən, günün istənilən saatında rahatlıqla və operativ şəkildə ödəmək imkanı yaradır.
Bunun üçün Birbank Biznes mobil tətbiqində Sərəncamlar bölməsinə klik edərək sərəncamı seçib ödəniş etmək kifayətdir.
Qeyd edək ki, Birbank Biznes-də biznes sahibləri üçün aşağıdakı xidmətlər mövcuddur:
– Onlayn biznes hesablarının açılması
– Ölkədaxili və beynəlxalq köçürmələrin edilməsi
– Nağdsız valyuta mübadiləsi
– Biznes krediti üzrə müraciətlərin edilməsi
– Cari və kart hesabından QR-nağdlaşdırma
– Mobil POS sifarişi və əməliyyatların qəbulu
– Biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
– Əməkhaqqı kartlarına mədaxil
– POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
– Kliklə ödə xidməti
– Süni intellekt əsaslı “Çat” sorğu xidməti
– HÖP ödənişləri ( büdcə, kommunal və s.) xidmətinin həyata keçirilməsi
– Sərəncamlara nəzarət və s.