Gözləyin...

Birbank Biznesdən sahibkarlara illik 5%-lə güzəştli kredit

Bank xəbərləri 24 June 2024

Birbank SİF (Sahibkarlığın İnkişafı Fondu) vəsaiti hesabına mikro sahibkarlara güzəştli kredit fürsəti təqdim edir. Belə ki,ı  Birbank Biznes vasitəsilə 20-70 yaş aralığında olan mikro sahibkarlar 60 ayadək, illik 5% olmaqla 100 000 AZN-dək güzəştli kredit imkanından faydalana bilərlər. Qeyd edək ki, güzəşt müddəti kredit müddətinin yarısınadək olan tarixləri əhatə edir. 

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi
  • VÖEN
  • Layihənin həyata keçirildiyi yerə və ya əmlaka dair təsdiqedici sənəd
Telegram kanalımıza abunə ol