Birbank Cashback - Mart ayı üçün kəşbek kateqoriyaları
Birbank Cashback Debet - kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır. Birbank debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Pulsuzdur.
Kapital Bankın Birbank Cashback Debet kartı - Kəşbek kateqoriyaları üzrə aylıq limit 100 AZN-dir. Limit seçəcəyiniz hər 2 kateqoriyaya birlikdə tətbiq olunur, “Bütün ödənişlər 1.5%” təklifi isə istisnadır. Çünki bu kateqoriya üçün limit 500 AZN təşkil edir. Nümunə: “Market - 3%” və “Bütün ödənişlər 1.5%” təkliflərini seçdikdə “Market - 3%” kateqoriyasından 3% ilə 50 AZN keşbek qazanmaq mümkündür. Limitə çatdıqdan sonra həm market, həm də digər bütün sahələrdə ödənişlərdən 1.5% ilə keşbek qazanmağa davam edəcəksiniz. Həm Taksit, həm də debet kart sahibləri üçün aylıq qazanılan maksimal kəşbek məbləği 500 AZN-dir. Keşbek kateqoriyaları hər ay yenilənir.