Gözləyin...

Birbank istifadəçiləri metro və avtobuslarda QR bilet ilə gediş haqlarını ödəyə biləcəklər

Bank məhsulları 10 July 2024

Artıq Birbank  mobil tətbiqinin  istifadəçiləri gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilərlər. Belə ki, Birbankda yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan ödəyə biləcəklər. Bunun üçün Birbank mobil tətbiqində “Ödənişlər və köçürmələr” bölməsinə daxil olaraq BakıKart-ı seçmək lazımdır. Daha sonra ödəniş ediləcək kart və məbləği seçib QR bileti yaratmaq olar.

  • Hər bir QR bilet yalnız bir gediş üçün etibarlıdır. 
  • Yaradılan biletin etibarlılıq müddəti 5 dəqiqədir. 
  • 5 dəqiqə ərzində biletdən istifadə edilmədiyi halda silinən məbləğ 2 saat ərzində müştərinin balansına geri qaytarılır. 
  • Bilet qiymətləri “BakıKart”-ın tariflərinə uyğunlaşdırılıb. 
  • Sərnişinlər marşrut xəttindən asılı olaraq gediş haqqı məbləğini dəyişə və ya bir neçə QR bilet yarada bilərlər.
  • Yenilikdən istifadə üçün Birbank mobil tətbiqinin ən son versiyada yenilənməsi mütləqdir.