Gözləyin...

Birbank-la “BakıKart” ödənişləri indi daha sərfəlidir

Bank məhsulları 3 December 2024

Birbank “BakıKart”la QR ödənişlərdə yeni kampaniyaya strat verir. Belə ki, Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan ilk dəfə istifadə edən sərnişinlər 20% keşbek qazanırlar. Daha öncə də bu xidmətdən yararlananlar isə 10% keşbek qazanaraq gedişlərini daha sərfəli edə bilərlər. 

Qeyd edək ki, 20 dekabr 2024-cü il tarixinədək keçərli olan kampaniya yalnız iş günlərində yaradılan QR biletlərə aiddir. Belə ki, 2-6, 9-13, 16-20 dekabr tarixlərində ictimai nəqliyyatdan istifadə müştərilərə daha çox keşbek qazanmaq imkanı verəcək. 

Xatırladaq ki, Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün Birbank mobil tətbiqində “Ödənişlər və köçürmələr” bölməsinə daxil olaraq “BakıKart”ı seçmək lazımdır. Daha sonra ödəniş ediləcək kart və məbləği seçib QR bileti yaratmaq olar. Hər bir QR bilet yalnız bir gediş üçün etibarlıdır. Yaradılan biletin etibarlılıq müddəti 1 dəqiqədir. 1 dəqiqə ərzində biletdən istifadə edilmədiyi halda silinən məbləğ 3-30 gün ərzində müştərinin balansına geri qaytarılır. Bilet qiymətləri “BakıKart”ın tariflərinə uyğunlaşdırılıb. Sərnişinlər marşrut xəttindən asılı olaraq gediş haqqı məbləğini dəyişə və ya bir neçə QR bilet yarada bilərlər. Yenilikdən istifadə üçün Birbank mobil tətbiqinin ən son versiyada yenilənməsi mütləqdir.

Telegram kanalımıza abunə ol