Birbank mobil tətbiqi taksit kart sahibləri üçün Ninja təklifi təqdim edib
Birbank mobil tətbiqi taksit kart sahibləri üçün yeni imkan təqdim edir. Belə ki, Ninja təklifindən təkcə SMS vasitəsilə yox, həm də Birbank mobil tətbiqi ilə yararlanmaq mümkündür.
Bunun üçün tətbiqdəki “Daha çox” bölməsinə daxil olub “Ninja” səhifəsinə keçmək və siyahıdakı hər hansı ödənişi aylara bölmək kifayətdir. Bundan əlavə, müştərilər “Tarixçə” bölməsində Ninja təklifinə uyğun əməliyyatlar olduqda bildiriş alacaqlar.
Qeyd edək ki, Birbank taksit kartları vasitəsilə edilən birdəfəlik ödənişləri, həmçinin nağdlaşdırma və card to card əməliyyatlarını Ninja təklifi ilə müəyyən komissiya qarşılığında 2, 3, 6 və ya 12 aylıq hissələrə bölmək mümkündür.
Xidmətdən istifadə etmək istəyən müştərilərə tətbiqin ən son versiyasını yükləmək tövsiyə olunur. Təklif, əməliyyatdan sonrakı ilk 24 saatı əhatə edir.