Gözləyin...

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti

Bank məhsulları 29 November 2024

Birbank müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim etməyə davam edir. Belə ki, Birbank taksit kartı sahibləri 2 dekabr 2024-cü il tarixinədək “Trendyol”dan günün məzənnəsi ilə 98 AZN (2000 Türk lirəsi ekvivalentində) və daha yuxarı məbləğdə sifarişlərdə 9 aylıq faizsiz taksit imkanı əldə edirlər. Qeyd edək ki, 98 AZN-dək məbləğdə edilən sifarişlərdə 6 aylıq faizsiz taksit imkanı keçərlidir.

Kampaniya çərçivəsində müştərilər “Trendyol” mobil tətbiqindən və ya trendyol.com vebsaytından çıxmadan, kart məlumatlarını daxil etdikdən sonra taksit seçimini aktivləşdirə bilərlər. Bu xüsusi təklif yalnız “Azərbaycandan birbaşa al” seçimi ilə edilən sifarişlər üçün keçərlidir.

Telegram kanalımıza abunə ol