Gözləyin...

Birbank taksit kartı ilə Trendyolda hissəli ödəmə kampaniyasının müddəti uzadıldı

Bank xəbərləri 30 July 2024

Birbank Trendyol ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən taksit kart sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə kampaniyasını 2 sentyabr 2024-cü il tarixinədək uzadıb. Qeyd edək ki, kampaniya Trendyol-da “Azərbaycandan birbaşa al” seçimi ilə edilən sifarişlər üçün keçərlidir.

Belə ki, kampaniya çərçivəsində Birbank taksit kartı istifadəçiləri Trendyol mobil tətbiqindən çıxmadan ödənişlərini 2 və 3 aylıq taksitə bölə bilirlər. Bunun üçün istifadəçilər Trendyol mobil tətbiqinin son versiyasından istifadə etdiklərindən əmin olmalıdırlar. Eyni zamanda Trendyol.az vebsaytında da müştərilər bu funksiyadan yararlanmaq imkanına sahibdirlər. 

Telegram kanalımıza abunə ol