Birdəfəlik müavinətlər Birbank-da
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərin həyatını rahatlaşdırmaq, vaxta qənaət etmək, müştəri məmnuniyyətini artırmaq məqsədilə rəqəmsal həllər təklif etməyə davam edir. Budəfəki yenilik Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq nəticəsində həyata keçirilir.
Belə ki, artıq uşağın anadan olmasına və dəfnə görə müavinətləri Birbank mobil tətbiqindən əldə etmək mümkündür. Daha öncə müştərilər bu ödənişləri əldə etmək üçün bank filialına yaxınlaşaraq müəyyən sənədləri təqdim etməklə vəsaiti əldə edə bilərdilər. Artıq vaxt itirməyə gərək yoxdur. Müştərilər Birbank mobil tətbiqinə daxil olduqda müavinət məbləğini, məbləğin hansı növə aid olduğunu görə, vəsaiti istənilən banka məxsus kart kesabına köçürə bilərlər. Birbank mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndərilir ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkündür.
Xatırladaq ki, yeniliyin ardından müştərilər birdəfəlik ödənişlərlə bağlı sənədləri DSMF-yə təqdim etdikdən sonra onlara ödənişi fiziki olaraq bank filialından və ya rəqəmsal formada Birbank mobil tətbiqindən əldə etmək seçimi verilir.