Gözləyin...

“Bolkart” kəşbek şərtlərini dəyişir

Bank xəbərləri 11 October 2024

Bank of Baku Bolkart üzrə keşbek şərtlərində dəyişikliklər edib. Belə ki,   Bolkart üzrə keşbəklər  müştərilərə  seçim etdikləri kateqoriyalar ürzə hesablanacaqdır. 

- 3 kateqoriya seçimi edə bilərsiniz;

- Keşbek-lər yalnız Azn valyutalı kredit və debet kartlar üzrə hesablanacaqdır

-  Kateqoriyalar hər təqvim ayının 1-i edilməlidir

- Seçilməyən kateqoriya üzrə keşbek hesablanmayacaqdır

Qeyd edək ki, oktyabr ayı üçün keşbek kateqoriyası seçməyən müştərilərə seçim olunanadək güzəşt olaraq bütün kateqoriyalar üzrə 0.5% (müştəri üzrə maksimum 100 AZN limit) keşbek hesablanacaq. Növbəti aylardan isə seçim edilmədiyi halda keşbek hesablanmayacaq. 

Kateqoriyaların seçimi aşağıdakı kimi olur:

1.         Keşbek bölməsinə daxil olaraq “Kateqoriyalar” hissəsinə keçid edərək siyahını əldə edə bilərsiniz.

2.         Hər kateqoriya üzrə həm debet, həm də kredit (mövcud olduğu halda) növünü seçmək təklif olunur. 3 kateqoriyanı seçib “Təsdiq et” düyməsini klikləyəndən sonra təsdiq pəncərəsi açılır.

3.         Kateqoriyalar təsdiq olunduqdan sonra seçilmiş kateqoriyaların ekranına keçid edilir.

Telegram kanalımıza abunə ol