Gözləyin...

“Bolkart”ın hansı üstünlükləri və mənfi cəhətləri var?

Məqalələr 27 October 2023

Bolkart Debet - şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür.  Bolkart debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR)  12, 24, 36 ay müddətinə təqdim olunur və 3 növü var: Bolkart Debet, Bolkart Gold və Bolkart Diamond. 

Banker.az “Bolkart Debet”in  müsbət və mənfi cəhətlərini araşdırıb.

Kartın müddəti - 1, 2, 3 illik.

Kartın qiyməti – Pulsuz.  Hər müştəriyə yalnız bir ədəd Bolkart Debet kartı pulsuz təqdim edilir. Növbəti aktiv debet kartların əldə edilməsi halında, hesaba minimal vəsaitin qoyuluşu 150 AZN təşkil edərsə, 12 aylıq Bolkart Debet kartını 8 AZN əvəzinə pulsuz, hesaba minimal vəsaitin qoyuluşu 250 AZN təşkil edərsə, 24 aylıq Bolkart Debet kartını 14 AZN əvəzinə pulsuz, hesaba minimal vəsaitin qoyuluşu 300 AZN təşkil edərsə, 36 aylıq Bolkart Debet kartını 18 AZN əvəzinə yenidən pulsuz əldə etmək mümkündür.

Debet qalığına gəlir – 7%. Qalıq məbləğ 100 – 2000 AZN oduqda 7%, qalıq məbləğ 2000 AZN-dən çox olduqda-2000 AZN-ə qədər olan hissəyə 7%-lə, 2000 AZN-dən yuxarı olan hissəyə isə 5%-lə hesablanacaqdır.

Keşbek – 3%.  Bolkart Debet kartları ilə dövriyyə tələbi olmadan bütün nağdsız ödənişlərdən 3% keşbek əldə edə bilərsiniz. Kateqoriya seçimi yoxdur. Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər.Bolkart debet (AZN valyutalı) və Bolkart kredit kart müştərilərinin TRENDYOL online alış-veriş platformasında etdiyi nağdsız ödənişlərinə 7% keşbek hesablanır.

CashBack proqramına daxil olmayan əməliyyatlar - ATM Cash, POS Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), rabitə, mobil operator ödənişləri, mərc oyunları, dövlət və kommunal ödənişlər, Quasi Cash (pul kisələri ilə bağlı xidmətlər), kuryer və karqo xidmətləri, vergi ödənişləri, istiqraz, cərimə ödənişləri, məhkəmə xərcləri (aliment) üzrə ödənişlər, dövriyyə kimi nəzərə alınmır və keşbek hesablanmır.

Nağdlaşdırma – Bank of Bakunun ATM-də 0%, digər bankların ATM-də 1.5% (min. 1.5 AZN)

Kartdan karta köçürmələr -  0% (gündəlik 6000  AZN-dək, aylıq 20 000 AZN-dək)

 Karta mədaxil limiti - Ödəmə terminallarından gündəlik karta mədaxil limiti 6000 AZN, aylıq 20000 AZN-dir.

Nağdlaşdırma limiti - Bank of Baku ATM-lərində gündəlik nağdlaşdırma limiti 15.000 AZN təşkil edir. Birdəfəyə isə 1000 AZN nağdlaşdırma olur.

Köçürmə limiti - Kartdan karta köçürmə limiti birdəfəyə 5000 AZN , gündəlik isə 25000 AZN təşkil edir.

MilliÖn / E-manat terminalları ilə mədaxil zamanı nə qədər komissiya tutulur? - Gündəlik 200 AZN-dək komissiya tutulmur, gündəlik mədaxil olunan vəsait 200 AZN-dən yuxarı olduqda, artan məbləğin 0.5%-i qədər min 1 AZN komissiya tutulur.

Mənfi cəhətləri  - "SMS Bankçılıq" sisteminə qoşulma və yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma ödənişlidir. 

 

Müzakirə qrupuna keçid