Gözləyin...

"Card to Card” əməliyyatı zamanı tətbiq olunan komissiyalar - Araşdırma

Məqalələr 11 October 2023

“Card to Card” xidməti kart sahiblərinə bankomatlar, İnternet Bankçılıq və MobilBank vasitəsilə kart hesabları arasında pul köçürmələrini həyata keçirməyə imkan verir. Bu xidmət bank ofislərinə getmədən pul köçürmələrini mümkün edir. Vaxtınıza qənaət edərək, heç bir əziyyət çəkmədən telefon, kompüter və ya bankomat vasitəsilə öz kart hesabınızdan başqa kart hesabına pul köçürə bilərsiniz.

“Card-to-Card” xidmətinin əsas üstünlükləri:Pul köçürmələri həftənin 7 günü, günün 24 saatı həyata keçirilə bilər;Bu xidmət təcili pul köçürmələri xidmətlərindən daha sürətli və sərfəlidir;30 dəqiqə ərzində pul kart hesabına köçürülür;Pul köçürmək üçün banka gəlməyə ehtiyac yoxdur.

Banker.az “Card to Card” əməliyyatı zamanı tətbiq olunan komissiyaları araşdırıb. 

ABB - Tamkart debet kartlarında  aylıq 7000 AZN-dək pulsuz, 7000-AZN-dən yuxarı 1% min.1 AZN komissiya tutulur.    

Azər Türk Bankda pay.atb.az və ya ATB360 tətbiqi vasitəsilə kartdan karta köçürmə  pulsuz, digər üsullarla 0.15% min.0.60 AZN komissiya  tutulur.      

Bank of Bakunun - Bolkart debet kartlarında gündəlik 6000  AZN-dək, aylıq 20 000 AZN-dək limit çərçivəsində kartdan karta köçürmə pulsuzdur.  

Rabitəbank kanalları vasitəsilə (MB APP, İB, BOT): RB kartlarına – aylıq 10 000 AZN-dək pulsuz,yuxarı 0.2% min.0.60 AZN komissiya, ölkə daxili digər bankların kartlarına:ayda 1000 AZN -dək pulsuz, növbəti dəfələr: 0.9% min.1 AZN komissiya tutulur.

Kapital Bank Birbank Cashback debet kartları ilə ölkədaxili bütün bank kartlarına ayda 5000 AZN-dək pulsuz, yuxarı 0.5%  min.1 AZN komissiya tutulur.

Leobank kartlarına şəxsi vəsaitin köçürülməsi komissiyasızdır. Leobank kartından Azərbaycanın digər bank kartlarına, şəxsi vəsaitin köçürülməsi ay ərzində 2000 manata qədər komissiyasız, 2000 manatdan sonra 1% komissiya tətbiq olunur.

Yelo Bankda  kartdan karta köçürmələr üçün Yelo kartları arasında komissiya nəzərdə tutulmayıb, digər xidmət olunan kartlara  0.7% min. 0.70 AZN  komissiya xidmət haqqı tutulur.

 Xalq Bank - XalqKart Cashback kartlarında XalqOnline üzərindən ay ərzində 5000 AZN ekv.dək Card to Card pulsuzdur. Daha yuxarı və digər kanallar üzərindən bütün məbləğlər üçün 0.5% min. 0.20 AZN komissiya hesablanır.

Müzakirə qrupuna keçid