Gözləyin...

Debet kartlarda gündəlik nağdlaşdırma limitləri nəqədərdir?

Bank xəbərləri 8 September 2022

Nağdlaşdırma limiti  kart  vasitəsilə bankomatdan çıxara biləcəyimiz pulun maksimal məbləğini ifadə edir. Bir əməliyyat üzrə limit isə bir dəfə bankomata kartı daxil edərkən maksimum nə qədər pul nağdlaşdıra biləcəyimiz məbləği əks etdirir. 

Banklar praktikliyi və təhlükəsizlik səbəbi ilə ATM-dən pul çıxarma limitləri qoya bilər. Hər bir müştəri üçün ATM-dən maksimum çıxarma limitinin müəyyən edilməsi banka mövcud nağd pulun hərəkətinə nəzarət etməyə kömək edir.Nağd pul çıxarmaq zərurəti yarandıqda limitin tətbiq edilib-edilmədiyini bilmək vacibdir.Bir çox bankda gündəlik ATM-dən pul çıxarma limiti tətbiq etmək adi haldır. Hər bir əməliyyat üçün tətbiq edilən pul çıxarma limitləri də ola bilər.

Banker.az bu dəfə  debet kartlarda gündəlik nağdlaşdırma limitlərini araşdırıb.


*Xalq Bankda  MC Gold/Visa Gold debet kartlarında  gündəlik limit 5000 AZN, Visa Platinumda 7500 AZN, World MC Black Editionda 15000 AZN-dir.

*Access Bankda aylıq limit 7000 AZN-dir.

*Unibankda nağdlaşdırma limiti kartın növündən aslı olaraq dəyişir.

*Leobankda aylıq limit 30000 AZN-dir.

*Bank Respublikada aylıq limit 20000 AZN-dir.

Müzakirə qrupuna keçil al