Gözləyin...

Dünya Bankı Qarabağla bağlı prioritetlərini açıqlayıb

Bank xəbərləri 14 June 2022
Dünya Bankı Azərbaycanla əməkdaşlığa dair yeni tərəfdaşlıq çərçivə sənədi hazırlayır və yaxın vaxtlarda onunla bağlı Azərbaycan hökuməti ilə müzakirələrə başlayacaq. Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib. “Bu strategiyanı biz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsaslanaraq quracağıq”, – S.Maykl deyib. Onun sözlərinə görə, bu, Dünya Bankının Azərbaycanla əməkdaşlıq üçün nəzərdə tutulan beşillik planıdır: “Növbəti bir neçə ayda biz hökumətin yeni strategiyada həm investisiya, həm də bilik mübadiləsi və potensialın yaradılması baxımından hansı prioritetlərə diqqət yetirmək istəyini müəyyənləşdirəcəyik. İstər insan kapitalının inkişafı, özəl sektorun dəstəklənməsi, istərsə də Qarabağda bərpa və yenidənqurma, o cümlədən təmiz enerji baxımından ölkədə o qədər müxtəlif prioritetlər var. Beləliklə, müxtəlif tərəfdaşlarla görüşməliyik ki, onlar bizdən hansı sahələrə fokuslanmağımızı istədiyini bilək”.