Dünyada ilk səsli bank kartı buraxıldı – Üstünlükləri
Papara Mastercard, Thales və BlindLook ilə əməkdaşlıqda görmə qabiliyyəti zəif olan istifadəçilər üçün hazırlanmış Səs Kartını təqdim edib.
Banker.az xarici mediaya istinadən xəbər verir ki, Papara Voice Card POS cihazına daxil edildikdə, mobil telefon vasitəsilə şəxsə əməliyyat məbləğini söyləyəcək. Beləliklə, görmə qabiliyyəti zəif olan şəxslər məbləğini bilmədiyi ödənişləri etmək problemindən qaçacaqlar.
Papara’nın Voice Card-ı yalnız NFC funksiyası olan smartfonlarda istifadə edilə bilər.
Kart sahibi bluetooth vasitəsilə hər bir kartın xərcləmə məbləğini dinləyə bilər. Səs Kartı ilə bütün bankomatlardan pul yatırmaq və çıxarmaq mümkündür.
Bütün dünyada keçərli olan kart üçün abunə haqqı yoxdur. Papara-nın “Cashback” funksiyası Voice Card üçün də mövcuddur.
Papara Voice Card istifadəçilərinə əməkdaşlıq yolu ilə çatacaq. Yəni kartı almaq istəyən hər kəs üçün mümkün olmayacaq və o, yalnız hədəf auditoriyaya çatacaq.