Gözləyin...

EBRD-yə yeni icraçı direktor təyin edilib

Bank xəbərləri 1 July 2022

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) icraçı direktorlarından biri dəyişib.

Bu barədə EBRD-dən bildirilib. Məlumata görə, Bankın idarə heyətinin üzvü, kommunikasiyalar üzrə icraçı direktoru Conatan Çarles iyulun 1-dən etibarən vəzifəsindən ayrılıb. Onun yerinə isə Riçard Porter təyin edilib.

Qeyd edək ki, R.Porter 2017-ci ildən EBRD-də həm daxili, həm də xarici kommunikasiyalar üzrə fəaliyyə göstərib. Hazırkı vəzifəsini icra etməzdən əvvəl o, media əlaqələri, rəqəmsal kommunikasiyalar və donorlarla bağlı Strateji Məşğulluq və Planlaşdırma Direktoru olub.