Gözləyin...

Əcnəbilərin Azərbaycanda bank kartları ilə xərcləmələri 1.5 mlrd. manata çatıb

Bank xəbərləri 30 September 2022

Bu ilin ilk 8 ayı ərzində xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 dəfə artaraq 1.5 mlrd. manata çatıb.

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Mərkəzin hesabatına görə, 2022-ci ilin avqust ayında əcnəbilər bank kartları vasitəsi ilə 214.6 mln. manatlıq əməliyyatlar aparıblar.