Gözləyin...

Ən bahalı bank kartları hansılardır? - Siyahı

Məqalələr 26 December 2023

Premium kartlar illik ödəniş tələb edən, lakin bunun müqabilində kart sahiblərinə bir sıra eksklüziv üstünlüklər təklif edən kartlardır. Dəbdəbəli həyat sürürsünüzsə, hesabınızdakı məbləğ isə milyonlarla ölçülürsə, ən eksklüziv bank kartlarından birininin sahibi olmaq, həmçinin bir sıra güzəşt və imtiyazlardan yararlanmaq şansınız böyükdür. Adətən belə kartları varlı müştərilərinə bankın özü təklif edir. Bu kartla siz ölkəmizdə və dünyanın bir çox yerlərində (hava limanı salonuna giriş, otellərdə elit status, restoran, aviaşirkətlər və s.) istifadə edə, üstəlik bir sıra güzəştlər qazana bilərsiniz. 

Banker.az Azərbaycanda bankların təqdim etdiyi “ən bahalı” kartları təqdim edir. 

ABB – American Express Platinum. Bütün dünyada nağd pulun əldə edilməsi, habelə ticarət və xidmət müəssisələrində, internetdə alış-verişin aparılması üçün istifadə olunur. Kartın 3 illik qiyməti 1200 AZN-dir. Kartın üstünlükləri -  American Express tərəfindən təqdim edilən dünya üzrə imtiyazlarLounge Buddy proqramı ilə 58 ölkənin hava limanlarındakı xüsusi biznes-zallara keçid, Əlavə olaraq Mastercard Platinum kartı təqdim olunur, Ödənişsiz 2 Priority Pass keçidi.

TamKart  Premium   -  Həm  debet və kredit kartı kimi istifadə oluna bilər. Kartın 3 illik qiyməti 500 AZN-dir. Kartın üstünlükləri - 
Faydalı keşbekQayğıCash klubuna üzvlük, İkiqat “ƏDV geri al”, kartdakı qalığa illik 7%  gəlir, Chatbot Concierge xidməti bir çox endirimlər, digər imtiyazlar, Lounge Key xidməti üzrə 6 pulsuz keçid imkanı, VISA tərəfindən təklif olunan sığorta və digər xidmətlər, Salam Gold (Fast Line) xidməti üzrə ildə limitsiz pulsuz keçid, Türkiyə, Kipr Respublikası, İtaliya, İspaniya və digər ölkələrin hava limanlarında Fast Track xidmətindən limitsiz yararlanmaq imkanı, Bakı şəhəri və Abşeron yarımadası daxilində ildə 6 dəfə Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) pulsuz transfer, İl ərzində 6 dəfə "Sağlam Ailə" Tibb Mərkəzində yaşınız qədər endirim. Bakı, Gəncə və ya Sumqayıtda yaşayan Visa kart sahibləri üçün ildə 6 dəfə pulsuz Vitamin D analizi, Rouminqdə Azercell-dən 2 GB pulsuz internet hədiyyə, Avis avtomobil icarəsilə dünyanı kəşf edin və standart qiymətə 35% endirim.

Mastercard World Elite Paypass -  Debet və kredit rejimlərində işləyə bilər. Kartın 3 illik qiyməti 600 AZN-dir.  Kartın üstünlükləriFaydalı keşbekChatbot Concierge xidməti tərəfindən müxtəlif imtiyazlar və endirimlər təklif edilir, LoungeKey proqramı üzrə xüsusi zallara limitsiz keçid imkanı, Səyahət sığorta (Səyahət Tibbi Sığortası və Səyahət Narahatlığı Sığortası) təkliflərindən yararlanmaq imkanı, HotelHub Travel platforması ilə dünya üzrə 600 000 dən artıq oteldə 60%-ə qədər güzəşt imkanı, Flexiroam roaming provayderindən il üzrə pulsuz data, Mastercard Travel Reward (MTR) proqramı ilə 24 ölkədə 180-dən çox satıcı və e-ticarətdə endirim imkanı, Priceless Specials platforması ilə ödəmə məntəqələrində NFC əməliyyatları zamanı müxtəlif endirimlər, FastTrack xidmətindən ildə məhdudiyyətsiz yararlanmaq imkanı.  

Azər Türk Bank – atb Premium kartı  1500 AZN ilkin mədaxillə pulsuz təqdim olunur. Kartın birdəfəlik xidmət haqqı  300 AZN-dir. Müddəti 3 illikdir. Kartdakı qalığa 5.5% gəlir hesablanır. Kartın üstünlükləri -  atb Mastercard World Black edition kartı üzrə 10 dəfə pulsuz, atb Visa Infinite kartı üzrə 6 dəfə istifadə pulsuz istifadə etmək imkanı, Kart sahibi və ailəsi üçün səyahət sığortası, Mastercard Chatbot və ya Visa Chatbot Concierge xidmətləri, həmçinin partnyor mağaza və ticarət obyektlərindən 10%-dək endirim əldə edə bilərsiniz. və

 Bank Respublika  Visa İnfinite kartı 30 000 AZN ilkin  mədaxillə pulsuz təqdim olunur.Kartın birdəfəlik xidmət haqqı 300 AZN-dir. Müddəti 3 illikdir. 

 Mastercard World Elite  30 000 AZN ilkin mədaxillə pulsuzudur.

Kartın birdəfəlik xidmət haqqı 300 AZN-dir. Müddəti 3 illikdir. Həm kredit, həm də debet rejimdə işləyə bilər.

Bank BTB Visa İnfinite kartının 3 illik dəyəri 360 AZN-dir. 

Bank of Baku Bolkart Diamond kartı 3 illik qiyməti 250 AZN-dir. Kartdakı qalığa illik 7% hesablanır. Kartın üstünlükləri  - Lounge Key üzrə hava limanlarında xüsusi zallara ildə 6 pulsuz keçid, Sağlam Ailə" və" Ultralab" sağlamlıq mərkəzlərində ildə 10 pulsuz COVID-19 testi Chatbot Concierge xidməti tərəfindən müxtəlif imtiyazlar və endirimlər təqdim olunur.

 Expressbank  Visa İnfinite kartını 20 000 AZN ilkin mədaxillə pulsuz əldə etmək olar. Kartın birdəfəlik xidmət haqqı  300 AZN-dır. Müddəti 3 ildir. Debet qalığına illik 6% hesablanır. Kartın üstünlüklri - VISA Infinite Family Package əldə edən müştəriyə 3 ədəd VISA Platinum kartı hədiyyə. Hədiyyə kartları müştərinin təqdim etdiyi istənilən şəxslərin adına açıla bilər. Lounge Key proqramı üzrə  il ərzində 6 dəfə pulsuz giriş imkanı, Fast line və konsyrej xidmətindən pulsuz istifadə,Heydər Əliyev Hava Limanına gediş/gəliş zamanı transferdən  il ərzində 6 dəfə pulsuz istifadə imkanı var.

Rabitəbank Kartmane Premium kart hesabına 15 000 AZN mədaxil etməklə pulsuz təqdim olunur. Kartın 5 illik dəyəri 299  AZN-dir. Debet qalığına illik 6% gəlir hesablanır. Üstünlükləri  -  Lounge Key proqramı MC Black -İldə 10 dəfə pulsuz (yalnız kart sahibi) , Visa İnfinite – İldə 6 dəfə pulsuz (yalnız kart sahibi) istifadə haqqı verilir.

TuranBank  Visa İnfinite kart hesabına illikk 20 000 AZN mədaxillə yalnız 1 illik kart pulsuz təqdim olunur. Kartın birdəfəlik xidmət haqqı   3illik 200 AZN-dir.

Unibank VİSA İnfinite 3 illik qiyməti 600 AZN-dir.  Debet qalığına illik 65 gəlir hesablanır. Kartın üstünlükləri  - Lounge Key proqramı üzrə ildə 6 dəfə pulsuz keçid imkanı, - Lounge Key, International Fast Track, Fast Line, hava limanı transferləri, Azercell rouminq, "Sağlam Ailə" təkliflərindən pulsuz istifadə etmək üçün son 35 gün ərzində smartfon və ya smart saat vasitəsilə 100 AZN-lik ödəniş etmək lazımdır.

Mastercard World Elite  kart hesabına 10 000 AZN ilkin  mədaxil etməklə pulsuz təqdim olunur. Kartın qiyməti 3 illik 600 AZN-dir. 

XalqBank Visa İnfinite kart hesabına 3 illik 30 000 AZN ilkin mədaxillə pulsuz təqdim olunur. Kartın qiyməti 400 AZN-dir. 

Müzakirə qrupuna keçid