Gözləyin...

Ən sərfəli Premium kart hansıdır? - Siyahı

Bank xəbərləri 15 August 2022

Premium kartlar illik ödəniş tələb edən, lakin bunun  müqabilində kart sahiblərinə bir sıra eksklüziv üstünlüklər təklif edən kartlardır.  Bu kartla siz ölkəmizdə və dünyanın bir çox yerlərində (mağaza, restoran, aviaşirkətlər və s.) istifadə edə, üstəlik bir sıra güzəştlər qazana bilərsiniz. 

Platinum kartların Visa və MasterCard olmaqla iki növü var. Bu kartlar, adətən, 1, 3 və ya 5 illik müddətə verilir. Hər birinin qiymətləri fərqlidir. Bu qiymətlər illərə görə dəyişdiyi kimi banklara görə də dəyişir. Premium kartlar yalnız yüksək qazanclı böyük xərcləyənlərə təklif olunur.

Kartı onlayn bankın saytından sifariş edə və ya bankın filiallarına yaxınlaşıb əldə edə bilərsiniz. Kart hesabı Azərbaycan manatı, ABŞ dolları və avro ilə açıla bilər. Kartın balansını və müddətini istədiyiniz vaxt onlayn və ya terminallar vasitəsilə artıra bilərsiniz. Kart sahibləri bankın təklif etdiyi Mobil Bankçılıq, “SMS-xəbərdarlıq”, “Cash by code” və digər bu kimi xidmət və üstünlüklərdən faydalana bilərlər. Banker.az premium kart  təklif edən bankları araşdırıb.


Müzakirə qrupuna keçid