Gözləyin...

Expressbank dollar depozitini 5%-ə yüksəldib

Bank məhsulları 9 September 2024

Expressbank təklif etdiyi müddətli əmanət – “Klassik”də  dollarda saxlanan depozitlərin faizlərinə dəyişiklik edib.

Belə ki, dəyişikliyə əsasən dollar əmanətlərində aylıq əsasda ödənişlər 4.5%-ə, müddətin sonunda ödənişlər isə 5%-ə yüksəldilib. Əvvəl isə bu faizlər müvafiq olaraq 3.2% və 3.5% idi.

Qeyd edək ki, ExpressBankda “Klassik əmanət” hesabına minimum 500 ABŞ dolları yatırmaqla 6 aydan 36 ayadək depozit yerləşdirə bilərsiniz. 

Telegram kanalımıza abunə ol