Gözləyin...

“Expressbank”da 18 aylıq depozit faizləri 11%-ə çatdı

Bank xəbərləri 6 June 2024

Expressbank müddətli depozitin 18 aylıq üzrə faiz gəlirlərini artırıb. Belə ki, indi manat valyutalı depozit  müddətin sonunda 10.5%-dən 11%-ə yüksəldilib. Həmçinin faiz gəlirlərindən vergi tutulmur. 

Banka yatırılan depozitlər isə Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır. Minimal əmanət məbləği 500 AZN-dir.

Qeyd edək ki, müştərilər fərqli əmanət növlərini seçərək, hesablarındakı məbləği artıra, faiz gəlirlərini əvvəlcədən və ya aylıq əldə edə bilərlər. 

Telegram kanalımıza abunə ol